Nur təFSİRİ


Ayə 21, 22, 23, 24, 25, 26



Yüklə 1,72 Mb.
səhifə267/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   263   264   265   266   267   268   269   270   ...   348
Ayə 21, 22, 23, 24, 25, 26:

﴿كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا﴾﴿وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا﴾﴿وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى﴾﴿يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي﴾﴿فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ﴾﴿وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ﴾

21. “Belə deyil! Yer şiddətlə uçulanda”; 22. “Rəbbinin əmri cərgə-cərgə mələklərlə gələndə”; 23. ”Elə həmin gün cəhənnəm hazırlananda insan (günahlarını) yadına salar; amma bunun nə faydası?!” 24. “(Həmin gün) Deyər: “Ey kaş (bu günki) həyat üçün öncədən bir şey göndərəydim”; 25. “Həmin gün kimsə onun kimi əzab verməz”; 26. “Kimsə onun kimi bəndə sala bilməz.”
Nöqtələr
◘”Dəkk” dedikdə döyəcləyib hamarlamaq mənası anlaşılır. “Dəkkə”, “dükan” dedikdə bir şey satmaq üçün hamarlanıb hazırlanmış yer nəzərdə tutulur.

◘İmam Riza (ə) buyurur: “Vəcaə rəbbukə” dedikdə ilahi əmrin verilməsi nəzərdə tutulur.1 (Qeyd) Necə ki, “Nəhl” surəsinin 33-cü ayəsində buyurulur: “Rəbbinin əmri gələr.”

◘Cəhənnəmin hazırlanması dedikdə onun üzərindən pərdənin götürülməsi nəzərdə tutulur.2 (Qeyd) Başqa bir ayə də bu mənanı təsdiqləyir.3 (Qeyd)

◘Cəhənnəmin hazırlanması ilə bağlı ayə nazil olduqda Peyğəmbərin (s) halı elə dəyişdi ki, kimsə onunla danışmağa cürət etmədi. 4(Qeyd)


Bildirişlər
1. Allah insanı var-dövlətə əsarətdən, başqalarının malına göz dikməkdən çəkindirir.

2. Tamahkarlıq və var-dövlətə əsarətin dərmanı qiyaməti yadda saxlamaqdır.

3. Qiyamət Allah əmrlərinin mütləq hakim olduğu gündür.

4. Nizamlı və mərhələli hərəkət mələklərin qiyamət günündəki qüdrətini göstərir.

5. Qiyamətdə peşimançılığın faydası yoxdur.

6. Qiyamət günü oyanış və xatırlama günüdür.

7. Qiyamət günü cəhənnəm zahir olar.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin