(90-CI SURƏ; 20 AYƏ)
OTUZUNCU CÜZ
“BƏLƏD” SURƏSİNİN SİMASI
Bu surə Məkkədə nazil olmuşdur. O 20 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Bələd” dedikdə Məkkə şəhəri nəzərdə tutulur. Alla Məkkəyə and içir.
Surə andla başlayır. Ayələrin davamında insanın yaranışından, ağrı-acılı dünya həyatından danışılır.
Qafil və lovğa insanlar məzəmmət edilir. Ayələrdə Allahın insana əta etdiyi nemətlər yada salınır, nemətlər müqabilində şükr yolu öyrədilir. Bildirilir ki, şükr olaraq yoxsullara əl tutmaq, yetimlərə xidmət göstərmək lazımdır.
Əlbəttə ki, nemətlərə münasibətdə insanlar iki qrupa bölünür: xoş aqibətli şükr edənlər və bəd aqibətli nankorlar.
Dostları ilə paylaş: |