Ayə 17, 18, 19, 20:
﴿ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ﴾﴿أُوْلَئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ﴾﴿وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ﴾﴿عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ﴾
17. “Sonra isə iman gətirib bir birlərini səbr və mehribançılığa çağıranlardan olsun”; 18. “Onlar yəmin əshabıdırlar”; 19. “Ayələrimizi inkar edənlər əməl naməsi sol əlinə verilmiş bədbəxt əshabdır”; 20. “Onlar üçün örtülü və əhatəli od var.”
Nöqtələr
◘”Summə kanə minəlləzinə amənu” fadəsi iki şəkildə mənalandırılır:
a) Qul azad etmək və acı doyurmaq kimi xeyirli işlər imana gəliş və başqalarının xeyirə dəvəti üçün zəmindir.
b) İmanın məqamı və dəyəri acı doyurmaq və qulu azad etməkdən ucadır.1 (Qeyd)
◘”Məymənə” sözü “yəmin” sözündəndir və bərəkət mənası bildirir. “Əshabul-məymənə” dedikdə daimi bərəkətə çatanlar nəzərdə tutulur. Onların əməl namələri sağ əllərinə verilmişdir.
◘”Məşəmə” sözü mübarək olmayan mənası bildirir. “Musədəh” sözü “isad” sözündən olub qapını bağlayıb möhkəmlətmək mənasını ifadə edir.
◘Qurani-kərimdə “təvasəv” sözü dörd dəfə işlədilmişdir. Bunlardan biri haqqa, ikisi səbrə, biri mərhəmətə çağırışda istifadə olunmuşdur.
◘”Təvasəv” sözünün bir ayədə təkrarı ya israr üçündür, ya da səbr və mərhəmətin ayrı-ayrı vəzifə olduğunu bildirir. Onlardan birini tərk etdikdə o biri üçün zəmin aradan qalxır.2 (Qeyd)
◘Kimsə tapşırıq və təşviqdən ehtiyacsız deyil. “Təfaül” babında işlənmiş “təvasəv” əmrindən aydın olur ki, yaxşılığa çağırış qarşılıqlı olmalıdır.
◘Ötən ayədə tövsiyə olundu ki, yetimlərə və miskinlərə diqqət göstərilsin. Bu ayədə isə başqalarını da bu işə dəvət etmək tapşırılır.
◘Adətən imana çağırışdan sonra saleh əmələ çağırış bəyan olunur. Amma hazırkı ayədə saleh əməl əvəzinə səbr və mərhəmətə çağırışla rastlaşırıq. Zahirən belə görünür ki, bu iki tövsiyə saleh əmələ çağırışa bərabərdir.
◘İslam xeyir işlə yanaşı insanların əqidələrinə də diqqət ayırır. İnsan qullara və yetimlərə diqqət göstərməklə yanaşı iman əhli olmalıdır. Elələri də var ki, xeyirxahlıq göstərir, amma haqq yolu qəbul etmir. Belələri də geri qalmışlardan, dolamaları adlaya bilməyənlərdən sayılır. Quranda bildirilir ki, həmin dolamalardan keçid üçün ehtiyaclılara yardım göstərməklə yanaşı imanlı olmaq lazımdır.
◘Cəhənnəmin örtülü olması dedikdə oddan örtüklər nəzərdə tutula bilər.1 (Qeyd)
Bildirişlər
1. Xeyir işlərin qəbulu üçün iman şərtdir.
2. Bütün müsəlmanlar bir-birlərini səbr və mərhəmətə dəvət etməlidirlər.
3. Bilmək bəs etmir, demək və dinləmək də təsirlidir.
4. Tövsiyə ediləsi ən üstün dəyərlər səbr və mərhəmətdir.
5. İnsan özünü tərbiyələndirdikdən sonra başqalarını da xeyirə çağırmalıdır.
6. Göz nemətinin şükrü ilahi ayələrə baxmaq, dil nemətinin şükrü başqalarını haqqa çağırmaqdır.
7. İman, səbr və məhəbbət bərəkət səbəbidir.
8. Küfr və paxıllıqla haqq və mərhəmətə pərdə çəkənlər cəhənnəmdə oddan örtüklərə bürünər.
9. Acları doyuran və qulları azad edən möminlər həm cəmiyyət üçün xeyir-bərəkətdir, həm də axirəti abad etmişlər. Bundan böyük səadət, bərəkətmi olar?!
10. Bütün işlər səbr və dözümlə bəhrə verir. Bu səbəbdən də hər işdən öncə səbr lazımdır.
11. İstənilən bir azğınlıq və çirkinliyin kökü küfr və haqsızlığa qayıdır.
“ŞƏMS” SURƏSİ
Dostları ilə paylaş: |