Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə282/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   278   279   280   281   282   283   284   285   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4:

﴿وَاللَّيْلِ إِذَا يَغْشَى﴾﴿وَالنَّهَارِ إِذَا تَجَلَّى﴾﴿وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَى﴾﴿إِنَّ سَعْيَكُمْ لَشَتَّى﴾

1. “And olsun (yeri öz qara pərdəsi ilə) bürüməkdə olan gecəyə”; 2. “And olsun işıqlanmaqda olan gündüzə”; 3. “And olsun erkək və dişini yaradana”; 4. “Həqiqətən, sizin təlaşlarınız fərqlidir.”
Nöqtələr
◘Hədisdə bildirilir ki, Allah öz yaratdıqlarından istənilən birinə and içə bilər. Amma insanların yalnız Allaha and içməsi mümkün sayılır.1 (Qeyd)

◘”Şətta” sözü pərakəndə mənasını bildirən “şətit” sözünün cəm formasıdır. Ayədə yalnız təlaşların fərqliliyi nəzərdə tutulmur. Bu fərqlər təlaşların son nəticəsinə də aiddir.

◘Gecənin qaranlığı (kölgəsi) böyük bir nemətdir. Bu qaranlıqda temperaturlar tarazlaşır, insanın cismi və ruhunda aramlıq yaranır, səmimi dualar oxunur.
Bildirişlər
1. Zaman müqəddəs və and içiləsi bir həqiqətdir.

2. Həm təbiətdəki, həm də vücudunuzdakı nişanələrə diqqət yetirin.

3. Canlıların erkək və dişi olmaqla cütlüyü Allahın qüdrət və hikmət nişanəsidir.

4. Allahın mərhəmət və qəzəbi arasındakı fərqlər hikmət və ədalətə əsaslanır. Bu fərqin səbəbi insanların təlaşlarındakı fərqdir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin