Bildirişlər
1. Düzgün təbliğ üsulu budur ki, ümumi prinsiplər bəyan olunduqdan sonra nümunələr göstərilsin.
2. Əta və bəxşişlər təqva ilə yanaşı olduqda səmərə verir.
3. İnsan bir şey bağışlayarkən riyaya, qürura, minnətə yol verməməlidir.
4. Nə bağışlamağımız yox, necə bağışlamağımız mühümdür.
5. Bəxşişin qəbul olunması üçün təqva şərtdir. Haram maldan, riyakarlıqla bağışlamağın savabı yoxdur.3 (Qeyd)
6. Axirət dünya həyatından üstündür.
7. Yalnız məada inanan insan öz bəxşişlərinə ilahi rəng verib təqva əhli ola bilər. Quran qiyamət vədlərini gözəl vəd adlandırır.4 (Qeyd)
8. Əməlin qəbul olunması üçün məada etiqad şərtdir.
9. Xəsislik və var-dövlətlə lovğalanmaq təqvasızlıq göstəricisidir.
10. İşlərin düyünə düşməsi və ya düyünlərin açılması insanın xəsislik və ya səxavətinin nəticəsidir.
11. Yaxşılıq yaxşılıq gətirir, pislik pislik.
12. Allahın mükafat və cəzası insanların rəftarları ilə müəyyənləşir. Əgər təqvalı olsaq işimizdəki düyün açılar. Əgər yoxsullara əl tutmasaq Allahın yardımından məhrum olarıq.
13. Xəsislər bilsinlər ki, var-dövlət insanı xilas edə bilməz.
14. Xəsisliyin sonu süqutdur. Xəsis insan öz insanlığından, kamillikdən, xalqın gözündən süqut edib cəhənnəmə yuvarlanır.
15. Bəzən insan sabahkı yoxsulluqdan qorxduğu üçün bu gün xəsislik göstərir. “Bəqərə” surəsində buyurulur ki, şeytan sizi yoxsulluqla qorxudur.
16. Bəzən insan var-dövləti ilə qürrələndiyindən özünü ilahi mərhəmətdən ehtiyacsız sayır və xəsislik göstərir.
Dostları ilə paylaş: |