Nur təFSİRİ


Ayə 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21



Yüklə 1,72 Mb.
səhifə286/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   282   283   284   285   286   287   288   289   ...   348
Ayə 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21:

﴿إِنَّ عَلَيْنَا لَلْهُدَى﴾﴿وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَى﴾﴿فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّى﴾﴿لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى﴾﴿الَّذِي كَذَّبَ وَتَوَلَّى﴾﴿وَسَيُجَنَّبُهَا الْأَتْقَى﴾﴿الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى﴾﴿وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَى﴾﴿إِلَّا ابْتِغَاء وَجْهِ رَبِّهِ الْأَعْلَى﴾﴿وَلَسَوْفَ يَرْضَى﴾

12. “Həqiqətən, xalqın hidayəti (doğru yola yönəldilməsi) bizim öhdəmizədir”; 13. “Şübhəsiz, axirət və dünya bizə məxsusdur”; 14. “Sizi şölələnən bir odla qorxutdum”; 15. “Yalnız insanların ən bədbəxti ona daxil olar”; 16. “Elə təkzib etdi və üz çevirdi”; 17. “Amma insanların ən təqvalılarını həmin oddan uzaq saxlayacağıq”; 18. “O kəs ki, paklanmaq üçün malından bağışlayır”; 19. “Bir halda ki onun boynunda əvəzi veriləsi bir nemət və minnət yoxdur;” 20. “O yalnız uca mərtəbəli Rəbbinin razılığını soraqlayır”; 21. “O tezliklə razı qalacaq.”
Nöqtələr
◘Allah-taala istisnasız olaraq insanları doğru yola yönəldir. Amma insanlar arasında bu hidayəti qəbul etməyənlər var.1 (Qeyd)

◘“Tələzza” dedikdə odun tüstüsüz şöləsi nəzərdə tutulur. Belə bir odun yandırıcılığı daha çoxdur.

◘Yalnız qəddar insanlar cəhənnəmdə əbədi qalır. Olsun ki, odun xüsusi növü olan “narən tələzza” qəddar insanlara aiddir. Başqa günahkarların digər odla cəzalandırılması mümkündür.

◘”Vələsəvfə yərza” ayəsi iki cür mənalandırıla bilər: insan məqsədə çatmaqla Allahdan razı qalır; Allah insandan razı qalır. Quranda hər iki razılıq yanaşı şəkildə də qeyd olunur.2 (Qeyd)


Bildirişlər
1. Allahın özünə vacib saydığı sünnələrdən biri də insanların ağıl, fitrət və peyğəmbərlər vasitəsi ilə doğru yola hidayətdir.

2. Hidayətin qəbulu insanların özü üçün faydalıdır. Allah insanın doğri yolda olmasına möhtac deyil.

3. Xəbərdarlıq və hədələmə hidayət vasitəsidir. İlahi xəbərdarlıqlara diqqətli olaq. Bu xəbərdarlıqlar dünya və axirətdə hökm sahibi olan Allah tərəfindəndir.

4. Axirət odu əzəmətli və insan üçün qeyri-müəyyən bir həqiqətdir.

5. Bədbəxtliyin də təqva kimi mərhələləri var. Bütün hidayət nişanələrinə kor olan insan ən bədbəxt insandır.

6. Mərhumlara yardımla müşayiət olunan təqva cəhənnəm odu qarşısında sipərdir.

7. Məhrumlara yardım təqva əhlinin daimi qaydasıdır.

8. Şəxsi maldan bağışlamaq dəyərlidir.

9. Səmimi maddi yardımlar təqva göstəricisidir.

10. Yoxsullara yardım paklanma və özünütərbiyə üçün bir yoldur.

11. Başqalarının yaxşılıqlarına cavab üçün göstərilən köməkliklər təkamül səbəbi deyil. Kimsəyə borclu olmayan və kimsədən nə isə ummayan insanın infaqı dəyərlidir.

12. Təqvalı insan yalnız Allahın razılığını soraqlayır.

13. Allaha yaxınlıq məqsədi zəruri şərtdir.

14. İnsan Allah bəyənən yollarda infaq etməlidir.

15. Allah “Əla”dır. Yalnız Onun razılığını soraqlayın ki, əla mükafata çatasınız.

16. Xalis, səmimi insan razılıq məqamına yüksəlir və daim Allahdan razıdır.


ZUHA” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin