(93-CÜ SURƏ; 11 AYƏ)
OTUZUNCU CÜZ
“ZUHA” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 11 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. Həmin ayədə günün yüksəlişinə and içilir.
Bir zaman vəhyin nazil olmasında 15 gün fasilə yarandı. Müxaliflər Peyğəmbərə (s) tikanlı sözlər ünvanladılar. Hazırkı surə Peyğəmbərə (s) təsəlli olaraq nazil edildi. Surədə Peyğəmbərə (s) yetimlik dövründən peyğəmbərlik dövrünədək himayə göstərildiyi bildirilir.
Belə bir münasibət, yəni yetimlərə və məhrumlara qayğı həzrət Peyğəmbərdən də (s) tələb olunur. Ondan istənilir ki, dildə və əməldə ilahi nemətləri aşkarlasın, onlara görə şükr etsin.
Dostları ilə paylaş: |