Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə288/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   284   285   286   287   288   289   290   291   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿وَالضُّحَى﴾﴿وَاللَّيْلِ إِذَا سَجَى﴾﴿مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى﴾﴿وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَى﴾﴿وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى﴾

1. “And olsun günün başlanğıc nuruna”; 2. “And olsun aramlıq gətirən gecəyə”; 3. “Rəbbin səni tərk etməmiş, sənə qəzəblənməmişdir”; 4. “Həqiqətən, sənin üçün axirət dünyadan üstündür”; 5. “Tezliklə Rəbbin sənə əta edər, razı qalarsan.”
Nöqtələr
◘“Zuha” sözü günün əvvəlini, işıqlanan vaxtı bildirir. “Səca” dedikdə örtmək və aramlıq mənaları nəzərdə tutulur.

◘“Vəddəəkə” sözü tərk etmək mənasını bildirən “tudi” sözündəndir. “Qəla” dedikdə ədavətin, qəzəbin şiddəti nəzərdə tutulur.

◘Bir zaman Peyğəmbərə (s) nazil olan vəhyin arası kəsildi. Müxaliflər “Allah səni tərk edib” deyə Peyğəmbəri (s) məzəmmət etdilər. Hazırkı ayələr nazil oldu və Peyğəmbərə (s) təsəlli verildi. Vəhyin kəsilməsində məqsəd bu ola bilərdi ki, insanlar hər şeyin Allah tərəfindən olduğunu dərk etsinlər. Bəli, vəhyin sözləri nazil olma vaxtı, qədəri Allahın ixtiyarındadır.

◘Kiçik bir surədə 13 dəfə Peyğəmbərə (s) şəxsən müraciət edilməsi onun Allah tərəfindən tərk olunmadığını göstərir.


Bildirişlər
1. Gündüzün nuru, gecənin qaranlığı Allahın iki böyük nemətidir. Allah bu iki nemətə and içir.

2. Qətiyyət göstərib bədxahların sözünü kəsin, pak insanların qəlbini ələ alın.

3. Yersiz mühakimələri, təhlilləri dərhal cavablandırın.

4. Tərbiyəçi tərbiyə etdiyi şəxsi tərk etməməlidir.

5. Lütfün bir ara kəsilməsini Allahın qəzəbi kimi dəyərləndirməyin.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin