Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14:
﴿كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى﴾﴿أَن رَّآهُ اسْتَغْنَى﴾﴿إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى﴾﴿أَرَأَيْتَ الَّذِي يَنْهَى﴾﴿عَبْدًا إِذَا صَلَّى﴾﴿أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَى﴾﴿أَوْ أَمَرَ بِالتَّقْوَى﴾﴿أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّى﴾﴿أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى﴾
“Belə deyil! Şübhəsiz, insan tüğyan qoparır; çünki özünü ehtiyacsız görər; həqiqətən, hamının qayıdışı sənin Rəbbinə doğrudur; qadağa qoyanı gördünmü? O bəndəyə ki, namaz qılırdı; düşündünmü ki, əgər o bəndə doğru yoldadırsa, ya təqvaya çağırırsa (ona qadağa qoyanın cəzası oddur); düşündünmü ki, təkzib edib üz döndərsə (yalnız özünü həlak edir); o bilmirmi ki, Allah görür?!”
Nöqtələr
◘”Kəlla” sözü ya keçmişlə bağlı inkarı bildirir, ya da təkid mənasında işlədilmişdir.1 (Qeyd) (Qeyd)Birinci mənaya əsasən, insan keçmişi yada salmaqla bəndəlik etmək əvəzinə tüğyan qoparır, başqalarının bəndəliyinə mane olur.
◘Əgər insanın tutumu olmasa ya Qarun kimi sərvətinə görə qürrələnər, ya Firon kimi qüdrəti ilə öyünər, ya da Bələm Baura kimi elmi ilə lovğalanar.2 (Qeyd) Tutumu olan insan isə var-dövlət, qüdrət və elminin çoxluğuna baxmayaraq həzrət Yusif və Süleyman kimi hər şeyini Allahdan bilər.3 (Qeyd) Təhlükə ondadır ki, insan Allahı yox, özünü diqqət mərkəzində saxlasın.
◘Azğın insan nə Allaha bəndəlik edir, nə ilahi göstərişləri rəsmi olaraq tanıyır, nə dəlilləri qəbul edir, nə vicdanının, nə də məzlumların səsini dinləyir.
◘Ayələrdə namaz qılan bəndə dedikdə həzrət Peyğəmbər (s) nəzərdə tutulur. Çünki son ayələrdə Peyğəmbərə (s) qadağan edilir ki, həmin şəxsə tabe olsun. Hazırkı ayələr Peyğəmbərə (s) nazil olmuş ilk ayələr olduğundan məlum olur ki, Peyğəmbər (s) risalət məqamına çatmazdan öncə namaz qılırmış.4 (Qeyd)
◘Hədislərdə bildirilir ki, Əbu Cəhl öz tərəfdarlarından soruşdu: “Peyğəmbər (s) sizin aranızda da səcdə edirmi?” Dedilər: “Bəli.” Əbu Cəhl dedi: “And içirəm ki, əgər onu bu halda görsəm ayağımla boynunu əzəcəyəm.” O Peyğəmbəri (s) namaz halında görüb öz niyətini həyata keçirmək istədi. Peyğəmbərə (s) yaxınlaşdığı vaxt qəfildən itələnirmiş kimi geri çəkildi. Bunu müşriklərə belə izah etdi: “Ona yaxınlaşdığım vaxt öz qarşımda od dolu bir xəndək gördüm.”5 (Qeyd)
◘“Əbdən” sözü Peyğəmbərə (s) aid olsa da, həzrətin əzəmətinə xatir qeyri-müəyyən halda işlədilmişdir.
Bildirişlər
1. İnsan nankordur. Allah onu yaradıb elm öyrətsə də, azğınlıq edir.
2. İnsan özünü ehtiyacsız bildiyindən həddini aşır.
3. Namaza mane olmaq çirkin əməlin ən aydın nümunəsidir.
4. Peyğəmbəri (s) hətta haqsız sayıb onunla belə rəftar etmək olmaz.
5. İnsan tutumsuzdur. Hətta ehtiyacsızlıq düşüncəsi onu məst edir.
6. Elm təklikdə bəs etmir. Təqvasız elm insanı azdırır.
7. Var-dövlət yaxşıdır. Amma özünü varlı saymaq insanı azdırır.
8. Məada etiqad azğınlığın qarşısını alır.
9. İnsan olanını dünyada qoyub gedir. O özünü ehtiyacsız saymamalıdır.
10. İnsan və varlıq aləmi məqsədli yaradılmışdır, Allaha doğru hərəkətdədir.
11. Azğın başçılar namaza müxalifdir. Pis əməllər davamlı şəkil aldıqda məzəmmət olunur.
12. Namaz bəndəlik nişanəsidir.
13. Zalım hakimlər insanların Allaha bəndəliyindən narahatdır.
14. İnsanın ad və ünvanı yox, əməlləri mühümdür. (Ayədə nə qadağa qoyanın, nə də namaz qılanın adı çəkilir)
15. Yaxşı olar ki, təqvaya çağıran insan özü doğru yolda olsun.
16. Tüğyanın iki kökü var: özünü ehtiyacsız bilmək və Allahı nəzərdən qaçırmaq.
Dostları ilə paylaş: |