(97-Cİ SURƏ; 5 AYƏ)
OTUZUNCU CÜZ
“QƏDR” SURƏSİNİN SİMASI
Qədr surəsi Məkkədə nazil olmuşdur. Digər Məkkə surələri kimi bu surənin də ayələri qısa və ahəngdardır.
Surənin başlanğıcında Quranın qədr gecəsində nazil olduğu bildirilir. Ayələr qədr gecəsinin əhəmiyyətini və min aydan üstün olduğunu yada salmaqla davam edir və həmin gecə Allahın salamına işarə ilə başa çatır.
Rəvayətlərdə bildirilir ki, surəni oxumağın bir sıra fəzilətləri var. Namazda “Həmd” surəsindən sonra məhz bu surənin məqamçı vurğulanır. Vacib namazda “Qədr” surəsini oxuyana xitab edilər: “Allah sənin keçmişini bağışladı, hər şeyə yenidən başla.”1 (Qeyd)
İmam Riza (ə) buyurur: “Möminlərin qəbir ziyarətində “Qədr” surəsi 7 dəfə oxunarsa, Allah həmin ölüləri və “Qədr” surəsini tilavət edən şəxsi bağışlayar.”2 (Qeyd)
Dostları ilə paylaş: |