Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə304/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   300   301   302   303   304   305   306   307   ...   348
Quranda mələklər mövzusu4(Qeyd)
Mələklər varlıq aləminin işçiləri, ilahi göstərişləri yerinə yetirən məmurlardır. Quranda mələklərin müxtəlif vəzifələr daşıdığı bildirilir.2 (Qeyd) Bəzi mələklərə hifz etmək vəzifəsi tapşırılmışdır.3 (Qeyd)

Bəzi mələklər Allahın övliyaları ilə danışır. Onlar Zəkəriyya ilə ünsiyyətdə olub onu Yəhyə adlı övladla müjdələdilər.4 (Qeyd)Həmin mələklər həzrət Məryəmlə söhbətə qatıldılar.5 (Qeyd)

Bəzən mələklərin mücahidlərə yardımından danışılır. Belə ki, Bədr savaşında Allah müsəlmanlara 3 min mələk göndərməklə yardım etdi.6 (Qeyd)

Bəzi mələklərə əmr olunmuşdur ki, insanların canını alsınlar.7 (Qeyd) Bəzi mələklər ərşdəki işlərə məsuldur.8 (Qeyd)

Daimi ibadət mələklərin imtiyazlarındandır.9 (Qeyd) Mələklərin digər bir vəzifəsi möminlərə dua etmək, bağışlanma diləməkdir.10 (Qeyd)Bəzi mələklər Peyğəmbərə (s) salam-salavat göndərir.11 (Qeyd)

Mələklərin dərəcələri var. Onlar eyni məqamda deyillər.12 (Qeyd) Peyğəmbərlər kimi mələklərin də bəziləri üstün tutulur.13 (Qeyd)

Mələklər eyni gücdə və eyni tutumda deyillər.14 (Qeyd) Onların bəziləri əmr edir, bəziləri əmri yerinə yetirir. Amma hər biri məsum və əmindir.15 (Qeyd)

Mələklərə inanmaq zəruridir.16 (Qeyd) Mələklərin inkarı Allahın inkarı sayılır.17 (Qeyd)

Mələklər Allahın döyüşçüləridir və onların sayını yalnız Allah özü bilir.18 (Qeyd) Bəzən mələklərin sayının göstərilməsi, məsələn cəhənnəm məmurlarının 19 nəfər olması onların güc baxımından zəifliyini göstərmir.19 (Qeyd)

Mələklər mütləq şəkildə Allaha itaətdədir. Onlar verilən əmri yerinə yetirir, heç vaxt itaətsizlik göstərmirlər.20 (Qeyd)

Mələklər yalnız Allahın əmrini yerinə yetirir, Ondan qabağa keçmirlər.21 (Qeyd)

Mələklər agahcasına, təqva ilə itaət edirlər. Onlar seçim aparmır, verilən əmri icra edirlər.1 (Qeyd)

◘İslam peyğəmbəri (s) buyurur: “Bütün mələklər nurdan yaranmışdır.”2 (Qeyd) Allah mələklər sayda heç bir varlıq yaratmamışdır.3 (Qeyd)

◘İmam Sadiq (ə) buyurur: “Mələklər yemək-içməkdən, cinsi yaxınlıqdan uzaqdır.4 (Qeyd)


Bildirişlər
1. Mələklər Allahın izini olmadan bir iş görmürlər.

2. Qədr gecəsi işlər mələklərin nazil olması və iştirakı ilə müəyyənləşir.

3. Qədr gecəsində işlərin müəyyənləşməsi Allahın rübubiyyətindəndir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin