Ayə 5:
﴿سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ﴾
“(Həmin gecə) Fəcr tülusunadək (sübh ağartısınadək) salamatlıqdır.”
Nöqtələr
◘”Salam” Allahın Quranda bəyan olunmuş adlarındandır.5 (Qeyd)
Hazırkı ayədəki “Salam” sözü Allahın qədr gecəsində öz bəndələrinə xüsusi lütfündən danışır. Bu salam bədbəxtçilik və əzab qapılarını bağlayır. Çünki həmin gecə şeytanın vəsvəsələri təsirsizdir.6 (Qeyd)
◘Qədr gecəsi mələklər yerə nazil olar, ibadət halındakı btün kişi və qadınları salamlayar.7 (Qeyd) Onlar qiyamət günü də salam söyləməklə behişt əhlini qarşılayar.8 (Qeyd)
Bildirişlər
1. Qədr gecəsi insanın düşüncə və ruhu üçün salamatlıq gecəsidir.
2. Qədr gecəsi rəhmət gecəsidir və həmin gecə tövbə vasitəsi ilə Allahın lütfünə çatmaq olar.
3. Allah işləri bəşəriyyətin səadəti yönümündə müəyyənləşdirir. Amma insan özü də bunu arzulamalıdır.
“BƏYYİNƏ” SURƏSİ
Dostları ilə paylaş: |