(99-CU SURƏ; 8 AYƏ) OTUZUNCU CÜZ “ZƏLZƏLƏ” SURƏSİNİN SİMASI Mədinədə nazil olmuş bu surə 8 ayədən ibarətdir. Bəzi təfsirçilər bu surənin Məkkədə nazil olduğunu düşünürlər. Surədəki məad, qiyamət mövzuları onun Məkkə surəsi olması qənaətini yaratsa da, surə nazil olan vaxt Əbu Səid Xidrinin Peyğəmbərə (s) bu surə ilə bağlı sual verməsi onun Mədinə surəsi olduğunu göstərir. Çünki Əbu Səid müsəlmanlara Mədinədə qoşulmuşdur.
Qiyamət surələrinin bəyanı surənin əsas məzmununu təşkil edir. Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni oxuyan kəs “Bəqərə” surəsini oxumuş kimidir. Həmin şəxs Quranın dörddə birini oxumuş şəxsin savabını qazanır.”1 (Qeyd)