Ayə 2:
﴿هُوَ ٱلَّذِي خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌ وَمِنكُم مُّؤْمِنٌ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“Sizi yaradan Odur. (Öz ixtiyarınızla) Bəziniz kafir, bəziniz mömin oldunuz. Allah əməllərinizi görəndir.”
Nöqtələr
◘Əgər insan asfalt üstə bir yığın topaq görsə, soruşar ki, bu torpağı kim töküb? Əgər həmin torpağın üstə hansısa şəkil çəkilərsə, dərhal sual yaranır ki, bu şəkili kim çəkib? Əgər torpaqdan hansısa fiqur düzəldilərsə, təbii ki, heykəltəraşın kimliyi maraq doğurar.
Allah-taala insanı yaratdı və bu yaranışdakı sənətkarlıq, zəriflik, məharətə görə özünə əhsən dedi. Qurani-kərimdə insanın gözəl biçimdə yaradıldığı qeyd edilir.1 (Qeyd) Bəli, hər bir yaranmış yaradandan danışır. Yaranmışın gözəlliyi yaradanın elm və hikmətini göstərir, Onun qüdrətini təsdiqləyir.
◘Ötən ayədə bütün mövcudların təsbihi qeyd edildi. Bu ayədə bəzi insanların küfr və nankorluğu yada salınır. Bu yolla bəyan edilir ki, Allah kafirlərin ibadətinə möhtac deyil və onların küfrü Allaha zərər yetirməz.
◘Ötən ayədə bütün mövcudların təsbihinə işarə olundu. Aydın oldu ki, yaranmışların şüuru var. Bu ayədə isə insanın başqa mövcudlardan üstünlüyü nəzərə çatdırılır. Çünki insan iradə və ixtiyar sahibidir. İnsan məhz ixtiyar sahibi olduğundan həm mövcudata qatılıb təsbih deyə bilər, həm də yolunu aza bilər. Olsun ki, burada insan daha çox diqqət mərkəzində olmasına baxmayaraq nankorluq etdiyinə görə məzəmmət edilir.
Bildirişlər
1. İnsanın yaranışı Allahın qüdrət cilvəsidir.
2. İnsan seçim aparmaq ixtiyarı olan azad mövcuddur.
3. İnsanın əməli onun əqidəsini göstərir. (Allah-taala əməllərdən agah olduğunu öncə qeyd edir)
Dostları ilə paylaş: |