Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə322/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   318   319   320   321   322   323   324   325   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3:

﴿وَالْعَصْرِ﴾﴿إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ﴾﴿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ﴾

And olsun əsrə; həqiqətən, insan zərərdədir; yalnız iman gətirib saleh işlər görən, bir-birlərini haqqa və səbrə çağıranlar istisnadır.”


Nöqtələr
◘İlkin İslam dövründə müsəlmanlar bir-birləri ilə xudahafizləşərkən bu surəni oxuyardılar.1 (Qeyd)

◘Allah Quranda bütün zaman kəsiklərinə and içir. Fəcr, sübh, gündüz, gecə, nahar, səhər, əsrə and Allahın andlarındandır.2 (Qeyd)

◘İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, əsr dedikdə imam Mehdinin (ə. c.) zühur dövrü nəzərdə tutulur.3 (Qeyd)

◘Bəziləri əsr sözünün İslamın zühur əsrini işarə olduğunu bildirir. Bəziləri isə bu sözün lüğət mənasını əsas götürürlər (“sıxmaq”). Çünki sıxıntı insanı qəflət yuxusundan oyadan səbəbdir. Bəziləri də varlıq aləminin cövhərinə, yəni kamil insana bu sözlə işarə edildiyini bildirirlər. Əsr sözünün əsr namazına aid olduğunu deyənlər də var.4 (Qeyd)

◘Maddi zərəri aradan qaldırmaq çətin deyil. Ən böyük zərər mənəvi zərərdir.1 (Qeyd)

◘Başqalarını haqqa çağıran insan çətinliklərlə üzləşə bilər. O səbrli və dözümlü olmalıdır.

◘Fəxr Razi deyir: “İnsan bu dünyada buz satana bənzəyir. Onun sərmayəsi hər an əlindən çıxa bilər. O əlində olanı satmağa çalışmalıdır. Yoxsa peşiman olasıdır.”2 (Qeyd)

◘Haqq və səbrə çağırış saleh əməl sayılsa da, bu iş ayrıca qeyd edilir. Əslində səbr və sabitqədəmlik haqq nümunəsidir. Amma səbrin əhəmiyyətinə xatir bu mövzu ayrıca qeyd edilir.

◘Quran digər bir ayədə Allahın fəzl və rəhmətini insanın zərərdən qorunması üçün növbəti amil sayır.3 (Qeyd) İnsan Allahın lütfü olmadan nə iman, nə də saleh əməl sahibi ola bilər.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin