(106-CI SURƏ; 4 AYƏ) OTUZUNCU CÜZ “QÜREYŞ” SURƏSİNİN SİMASI Məkkədə nazil olmuş bu surə 4 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Qüreyş” surəsində Allahın Qüreyşə verdiyi nemətlər sadalanır, onlar ibadətə çağırılır. “Fil” və “Qüreyş” surələri məzmunca o qədər yaxındır ki, onların ikisini vahid bir surə saymaq olar. Bu səbəbdən də vacib namazlarda bu surələrdən birini oxumaq qərarına gələn şəxs onların hər ikisini oxumalıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs bu surəni oxusa ona Kəbəni təvaf edib, orada eikaf saxlayanların sayından on qat artıq savab verilər.”