Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə327/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   323   324   325   326   327   328   329   330   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4:

﴿لِإِيلَافِ قُرَيْشٍ﴾﴿إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاء وَالصَّيْفِ﴾﴿فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ﴾﴿الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ﴾

Qüreyşin dostluğu xatirinə (bu məmləkətdə Fil qoşununu məhv etdik ki, İslamın zühuru üçün müqəddimə olsun); onların qış və yay səfərlərində dostluğu üçün; (bu nemətə şükr olaraq) bu evin Rəbbinə pərəstiş etməlidirlər; o kəs ki, onları ac ikən doyurdu, qorxudan xilas etdi.”


Nöqtələr
◘Bəzi təfsirçilər bu surəni əvvəlki surənin davamı sayırlar. Rəvayətlərə istinadən bildirilir ki, bu iki surəni namazda bir-birindən ayırmaq olmaz. Əgər Əbrəhə qalib gəlsəydi, Qüreyş məhv olardı. Qüreyşin həyatı xatirinə Allah Fil əshabını məhv etdi.

◘“Rihlə” dedikdə miniklə yolu ötüb keçmək nəzərdə tutulur. Qüreyş ildə iki dəfə ticarət səfərinə gedirdi. Onlar qışda Yəmənə, yayda Şama səfər edirdilər.

◘Cahiliyyət ənənələrinə əsasən qan tökmək və savaş bir dəyər sayılırdı. Dostluq kəlməsinin təkrarı Allahın Qüreyşə lütf və mərhəmətini göstərir.

◘Ticarət səfərləri idxal və ixraca rövnəq verir, həyatı təravətləndirir, mədəniyyətlər arasında tarazlıq yaradır.

◘Fil əshabı məhv edildikdən sonra insanlar Kəbəyə xüsusi hörmətlə yanaşmağa başladılar.
Bildirişlər
1. Düşmənlərin məğlubiyyəti sizin üçün birlik amilidir.

2. Cəmiyyətdə təbəqələr arasında dostluq ilahi nemətlərdəndir.

3. Nə qədər ki, cəmiyyətin iqtisadi problemləri, asayişlə bağlı çətinlikləri həll olmayıb onları ibadətə dəvət etmək çətindir.

4. İbadətin fəlsəfələrindən biri də nemət sahibinə şükr etməkdir.

5. Allah Məkkə və Kəbənin işlərini nizamlayır.

6. Cəmiyyətin ehtiyacları və əmin-amanlığı Allaha bəndəlik və ibadət əsasında təmin edilməlidir.

7. Bəşəriyyətin mühüm ehtiyaclarından biri də qidalanmaya olan ehtiyacdır. Allahın bu ehtiyacları təmin etməsi onun lütf və mərhəmətini göstərir.

8. Əmin-amanlığın bərpası və qorxu amillərinin aradan qaldırılması Allahın işdir.

9. Qazanc üçün səfərə çıxmaq İslamda bəyənilir.
MAUN” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin