Ayə 3:
﴿خَلَقَ ٱلسَّمَاوَاتِ وَٱلْأَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَإِلَيْهِ ٱلْمَصِيرُ﴾
“Göylər və yer haqq olaraq yaradıldı. Sizə (bətnlərdə) surət verdi, çöhrənizi gözəl yaratdı. Qayıdış ona doğrudur.”
Nöqtələr
◘Gözəl çöhrə dedikdə insanın zahiri gözəlliyi yox, ona haqqa doğru hərəkətdə edilən yardımlar nəzərdə tutulur.
◘İnsanın hər bir bədən üzvü ən münasib yerdə yaradılmışdır. Onların tərkib və düzümü onun cismini, xüsusi ilə çöhrəsini gözəlləşdirir. Kipriklərin, göz qapaqlarının, qaşların qoruyucu funksiyası var. Bu üzvlər eyni zamanda insana gözəllik verir. Dil, dişlərin keşikçisi olan dodaqlar yalnız yeyəndə və danışanda zəruri həddə hərəkət edir, qalan vaxtda bağlanır. Südəmər körpənin dodaqları qidalanmada xüsusi funksiya daşıyır. Məhəbbət hissi dodaqlar vasitəsi ilə öpüşlə izhar olunur.
◘Allah ən üstün varlığı dəyərsiz sudan yaratdı.1 (Qeyd) İnsan qaranlıq bir məkanda xəlq edildi.”2 (Qeyd) Ona ən gözəl surət, ən gözəl forma verildi.
◘Allahın yaratdıqlarının insanın yaratdıqlarından fərqi:
1. İnsanın yaratdıqları məhdud, Allahın yaratdıqları qeyri məhduddur.3 (Qeyd)
2. İnsanın işi bəzən məqsədsiz olur, Allah isə yalnız məqsədlə yaradır.4 (Qeyd)
3. İnsan öz işində ya ifrata varır, ya təfritə. Amma Allah ölçülü xəlq edir.5 (Qeyd)
4. İnsan nələrisə yaratmağa acizdir. Amma Allah-taalanın yaranış qüdrəti acizdir.6 (Qeyd)
5. İnsan adətən ayaratdığına nəzarət edə bilmir. Amma Allah heç vaxt öz yaratdıqlarından xəbərsiz olmur.7 (Qeyd)
6. İnsan bəzən öz işində yorulur, süstləşir. Amma Allah dayanmadan yaranış prosesini davam etdirir.8 (Qeyd)
7. Allah cütlər (zövclər) vasitəsi ilə yaranışın davamını təmin edir.9 (Qeyd)
8. Allah bütün yaratdıqlarını təkamül yoluna yönəldir.10 (Qeyd)
9. Bütün yaranmışlar sonda Allaha doğru dönür.11 (Qeyd)
◘Allahın bütün işləri üstündür: O hər şeyi ən üstün şəkildə yaradır12(Qeyd), kitabı ən üstün kitabdır13(Qeyd), hekayətləri ən üstün hekayətdir14(Qeyd), adları ən üstün addır1(Qeyd), mükafatları ən üstün mükafatdır2(Qeyd), vədləri ən üstün vəddir3(Qeyd), hökmü ən üstün hökmdür4(Qeyd).
Allah-taala bizə işlərin ən üstününü seçməyi tapşırır. Məsələn, ən gözəl şəkildə danışmaq5(Qeyd), ən üstün işləri görmək6(Qeyd), ən gözəl şəkildə rəftar edək7(Qeyd), ən üstün üslubda mübahisə edib danışaq8(Qeyd), ən üstün şəkildə təşəkkür edək9(Qeyd), eşitdiklərimizdən ən üstününü seçib əməl edək10(Qeyd), yetimin malına münasibətdə ən üstün şəkildə davranaq11(Qeyd), ən üstün səmimiyyət və Allaha yaxınlıq məqsədi ilə əməllərimizə ilahi rəng verək12(Qeyd).
Bildirişlər
1. Göylərin və yerin yaranışı proqramlı və məqsədlidir.
2. Allah bildirir ki, insanı özü formalaşdırmışdır.
3. İnsan başqa varlıqlarla müqayisədə daha gözəl və daha kamildir.
4. Varlıq aləmi ilahi məqsədlə hərəkətdədir.
5. Varlığın əvvəli də, sonu da Allahdır.
6. Həqiqi və məqsədli yaranışda insanın mükafat və ya cəza üçün Allaha doğru qayıdışı şərtdir.
Dostları ilə paylaş: |