(110-CU SURƏ; 3 AYƏ)
OTUZUNCU CÜZ
“NƏSR” SURƏSİNİN SİMASI
Bu surə Mədinədə nazil olmuşdur, 3 ayədən ibarətdir. Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Nəsr” sözü ”kömək” mənasını bildirir.
Surədə böyük qələbə müjdəsi verilir. Bu qələbənin şükrü olaraq Peyğəmbər (s) təsbih, həmd, istiğfara dəvət edilir.
Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni oxuyan kəs Allahın Rəsulu (s) ilə Məkkənin fəthində iştirak etmiş kimidir.”
İmam Sadiq (ə) buyurur: “Vacib və ya nafilə namazlarında bu surəni oxuyan şəxsi Allah bütün düşmənlərinə qalib edər.”
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3:
﴿إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ﴾﴿وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا﴾﴿فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا﴾
“Allahın yardımı və qələbə vaxtı; insanları dəstə-dəstə Allahın dininə daxil olan görərsən; Rəbbinə şükür olaraq Ona təsbih və həmd deməli, istiğfar etməlisən. O tövbələri qəbul edəndir.”
Nöqtələr
◘Bütün təfsirçilər bu surənin Məkkənin fəthi zamanı, hicrətin 8-ci ili nazil olduğunu bildirirlər. Həmin vaxt insanların çoxu İslamı qəbul etdilər. Bəziləri qorxudan İslama qatılırdılar. Həzrət Əli (ə) Əbu Süfyan haqqında buyurur: “Onlar zahirdə müsəlmanlar oldular, qəlblərində isə kafir qaldılar.”1 (Qeyd) Quranda iki cür daxil olmadan danışılır. İnsanların dinə daxil olması və imamının qəlblərə daxil olması. “Hucurat” surəsinin 14-cü ayəsində buyurulur: “Hələ ki din qəlblərinizə daxil olmayıb.”
◘Hədisdə oxuyuruq: İmam Mehdi (ə. c.) zühur edəcəyi vaxt dünya əhli dəstə-dəstə ona iman gətirər.2 (Qeyd)
◘Quran Allahın təsbihini təkbirdən daha çox tapşırır. Təsbih sözü Quranda təkbir və təmcid sözündən çox işlədilmişdir.
◘Hədisdə oxuyuruq: Məkkənin fəthi zamanı həzrət Peyğəmbər (s) öncə Məscidül-Hərama daxil olub namaz qıldı.3 (Qeyd)
◘Allahın yardımı insanların dinə yardımı ilə müşayiət olunur.2 (Qeyd)
◘“Təvvab” sözü Quranda 11 dəfə işlədilmişdir. Bunlardan 9-u rəhmət sözü ilə, 1-i hikmət sözü ilə yanaşıdır.3 (Qeyd) Bu surədə isə uyğun söz bir dəfə mütləq şəkildə işlədilmişdir.
◘Həzrət Peyğəmbər (s) Məkkənin fəthindən sonra ümumi əfv elan etdi. Məkkə qan tökülmədən fəth olundu. Hətta Peyğəmbər (s) Səd ibn İbadənin intiqam şüarı dediyini görüb bayrağı ondan aldı və həzrət Əliyə (ə) verdi. Sonra belə tapşırdı: “Şüarı dəyiş. De ki, bu gün intiqam yox mərhəmət günüdür.”
◘Həqiqi qələbə və yardım Allah tərəfindəndir. Bəşəri vasitələrə və qüvvələrə arxalanmayın. Bütün dünyəvi imkanlar olduğu halda məğlubiyyətə uğramaq mümkündür.4 (Qeyd)
◘Məkkənin fəthində bütpərəstlərin ümidi ümidsizliyə, şirk mərkəzi tövhid mərkəzinə çevrildi. Möminlərin qarşısındakı maneələr aradan qaldırıldı, İslam təsdiqləndi. Artıq onun digər ölkələrə yayılması üçün şərait yarandı.
◘İstiğfar, tövbə əmri ya daha çox qəlbin nuraniyyəti, ya qələbə qürurunu aradan aparmaq ya da Peyğəmbərin (s) Allaha yüksək mərifəti üçün idi.
Dostları ilə paylaş: |