Ayə 4:
﴿يَعْلَمُ مَا فِي ٱلسَّمَاوَاتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ وَٱللَّهُ عَلِيمٌ بِذَاتِ ٱلصُّدُورِ﴾
“O göylərdə və yerdə olanı, gizlətdiyinizi və aşkara çıxardığınızı bilir. Allah sinələrdə olandan yaxşı xəbərdardır.”
Nöqtələr
◘Bu ayədə ilahi elm 3 dəfə xatırlanır: ilahi mövcudlara münasibətdə elm, insanın aşkar və gizli işlərinə münasibətdə elm, insanın düşüncə və niyyətlərinə münasibətdə elm. Allahın elmi həm daimi, həm də dərin bir elmdir.
◘Allahın bütün əməllərimizdən xəbərdar olduğuna və hər şeyi bilməsinə iman günahdan uzaqlıq və təqva üçün ən üstün vasitədir.
◘Ötən ayədə hamının Allaha doğru qayıdacağaı bildirildi. Bu ayədə isə öləndən sonra çürüyüb dağılmış insanın Allaha doğru necə qayıdacağı ilə bağlı suala cavab verilir. Bildirilir ki, Allah pərakəndə düşmüş bütün zərrələrdən xəbərdardır, cəsədin çürüyüb dağılması onun məhv olması deyil.
Bildirişlər
1. Allahın elmi üçün zaman və məkan, eləcə də bu kimi başqa məhdudiyyətlər yoxdur. Allah həm göylərdən, həm yerdən, həm aşkardan, həm də gizlidən xəbərdardır.
2. İnsan başına buraxılmayıb, Allahın nəzarəti altındadır.
3. Allah üçün aşkarla gizlinin fərqi yoxdur.
4. Allah insanın həm gizli, həm də aşkar işlərindən, eləcə də düşüncə və məqsədlərindən xəbərdardır.
Dostları ilə paylaş: |