Bildirişlər
1. Peyğəmbərlər vəhy əmanətçisidir. Allah Peyğəmbərə (s) buyurur, o da insanlara bəyan edir.
2. Allah-taala gözlərdən qeybdədir, müşahidə olunmur. (Tövhid əhli inanır ki, gözlər Onu dərk etmir, amma gözlər Onun hüzurundadır)
3. Etiqadi suallara cavab verilməlidir.
4. Həqiqi etiqadları elan etmək lazımdır.
5. Allah istənilən bir baxımdan yeganədir. Onun zatı, sifətləri, elmi, qüdrəti, hikməti yeganədir.
Ayə 2:
﴿اللَّهُ الصَّمَدُ﴾
“Bir Allah ki, hamının məqsədidir.”
Nöqtələr
◘“Səməd” sözü məqsəd mənasını bildirir. Allah səməddir, yəni bütün mövcudların öz işində məqsədi odur. İmam Cavad (ə) “səməd” sözü haqqında buyurur: “Allah böyükdür, mövcudlar Ona üz tutur, Ona möhtacdır.”1 (Qeyd)
◘İmam Hüseyn (ə) Bəsrə əhlinin “səməd” sözü haqqında sualına belə cavab verir: “Səmədin mənası ondan sonrakı cümlələrdir, yəni “ləm yəlid və ləm yuləd”.2 (Qeyd)
◘Həzrət Əli (ə) uyğun sözlə bağlı buyurur: “Səməd Allah bir kəsdir ki, nədənsə yaradılmayıb, nəyəsə qatılmayıb, nədəsə qərar tutmayıb. Əşyaların yaradanıdır. Hər şeyi qüdrəti ilə yaratmışdır. Fəna üçün yaradılanlar Onun iradəsi ilə məhv olar. Əbədiyət üçün yaratdığı elmi ilə əbədi qalar.”
◘İmam Sadiq (ə) buyurur: “Əgər anlayan kəs tapsaydım həmin “səməd” sözündən tövhid, İslam, imanı anladardım.”3 (Qeyd)
Bildirişlər
1. Bütün mövcudlar istər-istəməz Ona doğru hərəkətdədir.
2. Yalnız O varlıdır, hamı Ona möhtacdır.
3. Üz tutulası yalnız Odur.
4. Mövcudlar bütün işlərində Ona möhtacdırlar.
Dostları ilə paylaş: |