Nur təFSİRİ


Ayə 3: ﴿لَمْ يَلِدْ وَلَمْ يُولَدْ﴾



Yüklə 1,72 Mb.
səhifə342/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   338   339   340   341   342   343   344   345   ...   348
Ayə 3:

﴿لَمْ يَلِدْ وَلَمْ يُولَدْ﴾

Övladı olmayıb, kimsənin övladı deyil.”


Nöqtələr
◘Allahın mövcudlarla rabitəsi doğub-törətmə rabitəsi yox, yaranış rabitəsidir. O mövcudları yaratmış, yəni yoxluqdan varlığa gətirmişdir. Valideyndən olan övlad əslində onun bir hissəsidir. Amma Allahın növündən heç nə yoxdur və ya Onun hissəsi mövcud deyil.

◘Bir çox müşriklər və kitab əhli Allahın övladı olduğunu düşünürdülər. Bu səbəbdən də öncə övladın olmaması, sonra kimsənin övladının olmaması məsələsi vurğulanır.1 (Qeyd)

◘Mövcudlar nəinki Ondan doğulmayıb, hətta Ondan xaric olmayıb. Meyvə güldən, su buluddan, od ağacdan, söz ağızdan, yazı qələmdən, dad qidadan, düşüncə ağıldan, istilik oddan, soyuq buzdan, düşüncə zehndən, qəm və sevinc qəlbdən xaric olduğu halda yaranmışlar Allahdan xaric olmamışdır.

◘Bu ayə həm məsihilərin İsanın Allahın övladı olması ilə bağlı əqidəsini, həm də yəhudilərin Üzeyrin Allahın övladı olması ilə bağlı əqidələrini rədd edir. Hazırkı ayə müşriklərin mələkləri Allahın qızları saymasına da cavabdır.


Bildirişlər
1. Allahın səməd olması, ehtiyacsızlığı Onun övlad və valideynə ehtiyac duymadığına dəlildir.

2. Allahın illətsizdir, nədənsə vücuda gəlməyib.

3. Övlad illətdən yaranmışdır. Onun Allah olması mümkün deyil.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin