Ayə 4:
﴿وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ﴾
“Onun heç bir oxşarı yoxdur.”
Nöqtələr
◘“Kufv” sözü oxşar mənasını bildirir.2 (Qeyd) İzdivac bəhsində tövsiyə olunur ki, özünüzə “kufv” olan yoldaş seçin. Yəni seçdiyiniz yoldaş dində, əxlaqda sizə münasib olsun.
◘Allah səməddir yəni O başqalarından ehtiyacsızdır. Belə bir varlığın oxşarı ola bilməz. Çünki Onun oxşarı da ehtiyacsız olmalıdır.
◘Ötən ayə Allahın övlad olmasını, övlada malik olmasını rədd etdi. Bu ayədə isə Onun heç bir zövcəyə malik olmadığı bildirilir. Başqa bir ayədə buyurulur ki, Allah nə zövcə götürmüşdür, nə də övlad!3 (Qeyd)
Bildirişlər
1. Allaha Onun zatı, sifətləri, felləri baxımından heç bir oxşar yoxdur.
2. Allah oxşarsızdır. Beləcə, varlıq aləmində kimsə ona şərik qoşula bilməz.
“FƏLƏQ” SURƏSİ
Dostları ilə paylaş: |