(114-CÜ SURƏ; 6 AYƏ)
OTUZUNCU CÜZ
“NAS” SURƏSİNİN SİMASI
“Nas” surəsi Məkkədə nazil olmuşdur, 6 ayədən ibarətdir. Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. Surədə Peyğəmbərə (s) göstəriş verilir ki, vəsvəsə edənlərin şərindən Allaha sığınsın. Nu surə “Fələq” surəsinin oxşarıdır. Hər iki surədə Allaha pənah aparılır. Bəzi təfsirçilər onun Mədinədə nazil olduğunu düşünürlər. Amma surədəki ahəng Məkkə surələrini xatırladır.
İmam Baqir (ə) buyurur: “Hər kəs vətr namazında “Fələq” və “Nas” surələrini, eləcə də “İxlas” surəsini oxusa ona deyilər: “Ey Allahın bəndəsi, sənə müjdə olsun, Allah sənin vətr namazını qəbul etdi.”1 (Qeyd)
Dostları ilə paylaş: |