Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə347/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   340   341   342   343   344   345   346   347   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6:

﴿قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ﴾﴿مَلِكِ النَّاسِ﴾﴿إِلَهِ النَّاسِ﴾﴿مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ﴾﴿الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ﴾﴿مِنَ الْجِنَّةِ وَ النَّاسِ﴾

(Ey peyğəmbər) De ki, pənah aparıram insanların Rəbbinə, insanların malikinə; insanların məbuduna; şeytanın şər və vəsvəsəsindən; o kəs ki insanların qəlbinə pis fikir salır; istər cinlərdən olsun, istər insanlardan.”


Nöqtələr
◘Quranda “qul” (“de”) sözü 300 dəfədən artıq işlədilmişdir. Bu sözlərin əksəri Allahın Peyğəmbərə (s) əmridir. Peyğəmbərə (s) əmr olunur ki, Allahın buyuruqlarını müxaliflərə və münafiqlərə desin.

◘“Vəsvas” sözü həm vəsvəsəçi, həm də vəsvəsə, pis düşüncə mənasını bildirir. Hazırda isə bu söz vəsvəsəçi mənasında işlədilmişdir.

◘Təhlükələrdən qurtarmaq üçün “əuzu” (“pənah aparıram”) söyləmək bəs etmir. Əməldə də təhlükə amillərindən uzaq dayanmaq lazımdır. Bir insan selin qabağında ev tikib onun üzərində “əuzu illahi minəs sil” (“pənah aparıram Allaha seldən”) yazsa, bu iş məsğərə kimi görünər. Allaha sığınan insan əməldə fəsaddan çəkinməlidir.

◘İnsanın ilk ehtiyacı təkamül və tərbiyə, növbəti ehtoyacı siyasət və hökumətdir. Təkamül edən insan ibadət və pərəstişə üz tutur.

◘İnsan sirlərdən, vəsvəsələrdən xəbərdar birinə sığınmalıdır.1 (Qeyd) Allah gözlərdəki xəyanətlərdən, sinələrdəki düşmənçiliklərdən agahdır.

◘Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan insanın qəlbində rahatlanmışdır. Allah zikri zamanı gizlənir, insan qəflətdə olanda ona vəsvəsə edir.2 (Qeyd)

◘Başqalarını şübhəyə salıb vəsvəsə yaradanlar şeytan işi görürlər. Həzrət Salehin müxalifləri xalqa dedilər: “Siz Salehin Peyğəmbər (s) olduğuna əminsinizmi?” Onlar bu sözləri ilə xalqda şübhə yaratdılar.3 (Qeyd)

◘Quranın başlanğıcında “Bismillah” deməklə Allahdan yardım dilədik. Quranın sonunda da Allaha pənah aparaq.

◘“Xənnas” sözü “xənus” sözündəndir. Bu söz gizlənmək, geri çəkilmək mənası bildirir. Şeytan həm özü məxvidir, həm də onun işləri. Əlbəttə ki, şeytan açıq-aşkar görünsəydi, insanlara hakim ola bilməzdi. Amma o gözəl libasda qəlblərə daxil olub uğur qazanır. Həzrət Əli (ə) buyurur: “Şeytan zahirən bəzənməklə haqqı batilə qatır, bu yolla öz tərəfdarlarına qalib gəlir.”4 (Qeyd)

◘Xənnas olan şeytan müvəffəqiyyətə çatanadək əl çəkmir. Biz də Allah zikrini artırmalıyıq.

◘Quranda dəfələrlə bildirilir ki, insan çətinliyə düşdüyü vaxt dua edir, təhlükə sovuşan kimi Allahı unudur.5 (Qeyd)

◘Vəsvəsələr insanın qəlbinə, ruhuna nüfuz edib onun imanı, əqli və düşüncəsi ilə oynayır. Bu səbəbdən hazırkı surədə üç dəfə Allahın adı çəkilir. “Fələq” surəsində sinələrdən xaricdəki şərdən danışıldı. Bu səbəbdən Allahın adı bir dəfə çəkildi. Bəli, insanın daxilindəki şər, onun xaricindəki şərdən daha təhlükəlidir. İdeoloji düşmənlər hərbi və iqtisadi düşmənlərdən daha təhlükəlidir.

◘Rəvayətdə bildirilir ki, şeytan insan üçün tövbə qapısının açılmasından narahat oldu. Öz yaxınlarını yığıb onlardan kömək istədi. Hərə bir təklif verdi. Nəhayət biri dedi: “Mən insanı vəsvəsə edərəm. Tövbəni ona unutduraram.” İblis bu planı bəyəndi.6 (Qeyd)

◘Allah insanların Rəbbi olduğu halda başqalarının tərbiyəsini qəbul etməyək. Allah insanların maliki olduğu halda özümüzü başqalarına qul etməyək. Allah insanların məbudu olduğu halda başqalarına könül verib əsarətə düşməyək. Belə bir təfəkkür vəsvəsələrdən qurtuluş üçün ən gözəl yoldur.

◘İnsanın qəlbində və ruhunda vəsvəsə yaradan həm cin ola bilər, həm də insan. Bəli, vəd verib onu bu gün-sabaha salmaq özü də bir vəsvəsədir.

◘Şeytanın həzrət Adəm və başqa Allah övliyalarına münasibətdə vəsvəsələri təlqin həddindədir.7 (Qeyd) Amma uyğun vəsvəsələr başqalarının qəlbinə və canına nüfuz edir. Bu o demək deyil ki, çıxış yolu qalmır. Quranda buyurulur ki, şeytan təqvalı insanlara üz tutanda onlar şeytanın nüfuzuna yol vermirlər.8 (Qeyd)

◘“Nas” sözünün təkrarından məlum olur ki, Allahın Rəbliyi, malikliyi, ilahiliyi xüsusi bir fərdə və ya qövmə aid deyil.

◘“Rəbb” sifəti o biri sifətlərdən öncə qeyd olunur. Olsun ki, bunun səbəbi tərbiyəçiyə sığınmanın insan fitrətinə daha yaxın olmasıdır. Uşaqlar bir təhlükə hiss edən kimi analarına üz tuturlar. Daha sonra güclüdən və növbəti mərhələdə mərhəmət sahibindən kömək istəyirlər.

◘Allah insanın ehtiyaclarından, onu hədələyən təhlükələrdən xəbərdardır. Amma insanın öz ehtiyacını dilə gətirib təvazö göstərməsi onun özü üçün faydalıdır.

◘Həzrət Peyğəmbərin (s) buyuruğuna əsasən, insanın özündən asılı olmayaraq yaranan və həyata keçməyən vəsvəsələr onun üçün qorxulu deyil.1 (Qeyd)


Bildirişlər
1. Peyğəmbər vəhy əmanətçisidir və özündən bir söz demir.

2. Təhlükələr o qədər ciddidir ki, Allah öz Peyğəmbərinə Ona sığınmaq göstərişi verir.

3. Allahdan yardım istəmədən şərlə mübarizə aparmaq olmaz.

4. Günahkarlar ümidlərini üzməməlidirlər. Çünki Allah təkcə möminlərin yox, bütün insanların Rəbbidir.

5. Peyğəmbər Allaha sığınan bir vaxtda biz necə rahat oturaq?!

6. İnsan Allahı özünə Rəbb, hakim, məbud seçməlidir.

7. İmansız insan, gücə, çoxluğa, var-dövlətə sığınır. İmanlı insanlar isə varlıq aləminin Rəbbinə, padşahına, məbuduna üz tuturlar.

8. Ən böyük təhlükə batini vəsvəsələrdən ibarət olan ən gizli təhlükələrdir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin