Ayə 5:
أَلَمْ يَأْتِكُمْ نَبَوُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبْلُ فَذَاقُواْ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾
“Bundan öncə küfr edənlərin xəbəri sizə çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar, onlar üçün (axirətdə) ağrılı əzab var.”
Nöqtələr
◘”Vəbal” dedikdə ağırlıq nəzərdə tutulur. Mədəyə ağırlıq edən qida “vəbil”, ağır yağış “vabəl” adlanır. İnsanın zərərinə olan istənilən bir ağır iş “vəbal” kimi təqdim edilir. Bu söz Quranda dörd ayədə işlədilmişdir.1 (Qeyd) Hər dörd halda dünya problemləri və çətinlikləri nəzərdə tutulmuşdur.
◘Allah təkcə qiyamətdə cəzalandırmır. Bəzən insan öz əməllərinə görə həm dünyada, həm də axirətdə əziyyət çəkir. Məsələn, Nuh qövmü suda qərq oldu, Hud qövmü iti küləklərlə məhv edildi, Saleh qövmü səmadan enən səs vasitəsi ilə həlak oldu, Lut qövmünün başına daş, fil əshabının başına qaynar çınqıllar yağdı. Bu qövmlər elə dünya həyatında öz əməllərinin cəzasını daddılar.
Bildirişlər
1. Peyğəmbər (s) dövrünün insanları keçmiş qövmlərin talehindən xəbərdar idilər.
2. Keçmiş qövmlərin tarixini öyrənmək İslamın tövsiyəsidir. Tarixdən ibrət götürməyən insan məzəmmətə layiqdir.
3. Tarixdən xəbərdarlıq dedikdə hər hansı xırdalıqlar yox, mühüm nöqtələr nəzərdə tutulur.
4. Allah həlim olsa da, insanların bəzi əməlləri dərhal cəzaya səbəb olur.
5. Bədbəxtçiliklərin səbəbi insanların öz rəftarıdır.
6. Dünya həyatındakı cəza axirət həyatındakı kamil cəza ilə müqayisədə cüzidir.
Ayə 6:
Dostları ilə paylaş: |