Nur təFSİRİ


Ayə 7: ﴿زَعَمَ ٱلَّذِينَ كَفَرُوا



Yüklə 1,72 Mb.
səhifə37/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   33   34   35   36   37   38   39   40   ...   348
Ayə 7:

﴿زَعَمَ ٱلَّذِينَ كَفَرُواْ أَن لَّن يُبْعَثُواْ قُلْ بَلَى وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ وَذَلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ﴾

Kafirlər güman etdilər ki, heç vaxt dirilməyəcəklər. De ki, and olsun Rəbbimə, hamınız diriləcəksiniz. Sonra gördüyünüz işlər sizə xəbər veriləcək. Bu iş Allah üçün asandır.”


Nöqtələr
◘”Zəm” dedikdə heç bir əsası olmayan zənn-güman nəzərdə tutulur. Bu qəbil münasibət Quranda məzəmmət edilir. İmam Sadiq (ə) buyurur: “Zəm” Quran boyunca yalan mənasını bildirir.”1 (Qeyd)

◘Bu surənin 2-ci ayəsində Allahı inkar edənlər, 6-cı ayəsində nübüvvəti inkar edənlər, hazırkı ayəsində məadı inkar edənlər yada salındı.

◘Kafirlər tərəfindən məad inkar edildiyi bir vaxtda Quran dəfələrlə məadın baş verəcəyinə and içir.2 (Qeyd) Maraqlıdır ki, Quran kafirlərə onların öz sözləri ilə cavab verir. Məsələn, kafirlər haqdan danışanda cavab “həqiqətən, biz haqqıq” olur.

◘Ölülərin dirildilməsinin, onların öz əməllərindən xəbərdar olunmasının Allah üçün asanlığına dəlillər var. İlkin yaranışa qərar verən Allah üçün onu yenidən təkrarlamaq asandır.3 (Qeyd) Allah əvvəl necə yaratmışdısa, yenə də yaradar.4 (Qeyd)


Bildirişlər
1. Kafirlərin heç bir dəlili olmasa da öz, təxəyyülləri əsasında danışır və gurultulu şüua deyirlər.

2. Təlim-tərbiyə prosesində qarşı tərəfin sözlərinə planlı şəkildə cavab verilməlidir.

3. Etiqadi məsələlərdə şəkk-şübhəni aradan qaldırmaq üçün Allahın adına and içmək olar.

4. Şübhələri təkidlə cavablandırın.

5. Mükafat və cəza qiyamətin dəlilləridir.

6. Kafirlərin inkar və təkəbbürlərinin kökü onların ölümdən sonrakı həyatı mümkünsüz saymasıdır. Bu səbəbdən də Quran buyurur ki, sizə çətin görünən işlər Allah üçün asandır.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin