Ayə 8:
﴿فَآمِنُواْ بِاللَّهِ وَرَسُولِهِ وَٱلنُّورِ ٱلَّذِي أَنزَلْنَا وَٱﷲُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾
“Allaha, Onun rəsuluna, nazil etdiyimiz nura (səmavi kitaba) iman gətirin və (bilin ki) Allah gördüyünüz işlərdən agahdır.”
Nöqtələr
◘Hazırkı ayədə nur dedikdə Qurani-kərim nəzərdə tutulur. “İbrahim” surəsinin başlanğıcında buyurulur ki, insanları zülmətlərdən çıxarıb, nura aparasan deyə sənə kitab göndərdik.
◘Ötən ayələrdə küfrdən, Allah və Onun rəsuluna, eləcə də məada etiqadsızlıqdan danışıldı. Bu qəbil münasibətlərə görə keçmiş ümmətlər əzaba düçar oldu. Bu ayədə buyurulur ki, siz keçmişdəkilərin yolunu getməyin, iman gətirin.
◘Rəvayətdə bildirilir: Nur dedikdə məsum imamlar nəzərdə tutulur. Çünki onlar Quranın təcəssümü, danışan ayələrdir. İmam Baqir (ə) buyurur: “İman əhlinin qəlbini nurlandıran onlardır.”1 (Qeyd)
Bildirişlər
1. Əhatəli iman dəyərlidir. İnsan həm Allaha, həm peyğəmbərə, həm də səmavi kitaba inanmalıdır.
2. Allah nurdur.2 (Qeyd)Allah tərəfindən nazil edilən də nurdur.
3. İman əməllə müşayiət olunmalıdır.
Ayə 9:
﴿يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ذَلِكَ يَوْمُ ٱلتَّغَابُنِ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا ٱلْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ﴾
“(Yada sal) Bir gün Allah sizi toplanış gününə cəm edər. Həmin gün həsrət və peşimançılıq günüdür. Allah Ona iman gətirib saleh işlər görən kəsin pisliklərini örtər, onu altından çaylar axan behiştlərə daxil edər. Orada həmişəlik qalarlar. Budur böyük qurtuluş!”
Dostları ilə paylaş: |