Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə41/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   37   38   39   40   41   42   43   44   ...   348
Ayə 12:

﴿وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَى رَسُولِنَا ٱلْبَلَاغُ ٱلْمُبِينُ﴾

Allaha itaət edin, peyğəmbərə tabe olun. Üz çevirsəniz, (bilin ki) həqiqətən, peyğəmbərimizin vəzifəsi yalnız aşkar bəyan etməkdir.”


Ayə 13:

﴿أللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ﴾

Allah! Ondan savayı məbud yox! Möminlər yalnız Ona təvəkkül etsinlər.”


Nöqtələr
◘Hazırkı ayədə Allah və Peyğəmbərə (s) münasibətdə itaət əmri təkrarlanır. Yəni “itaət edin Allaha və Onun Rəsuluna (s)” yox, “itaət edin Allaha, tabe olun Peyğəmbərə (s)” əmri verilir. Bu iki ifadə arasında fərq var. Allaha itaət dedikdə sabit qanunlara tabeçilik, Peyğəmbərə (s) itaət dedikdə İslam hakiminə itaət nəzərdə tutulur.

◘Peyğəmbər (s) məsum olduğundan ona itaət qeyd-şərtsizdir. Məsum olmayan birinə itaət əslində günaha üz tutmaqdır.

◘”La ilahə illa huvə” dedikdə həm Allahdan savayı məbudun olmadığı, həm də Allahdan savayı kimsədə məbud ləyaqətinin olmadığı nəzərdə tutula bilər.
Bildirişlər
1. Allaha itaət səmavi rəhbərə itaətlə müşayiət olunmalıdır.

2. İnsan azad yaradılmışdır. O həm tabe ola bilər, həm də boyun qaçıra bilər.

3. Təbliğatçı bütün insanlardan tabeçilik gözləməməlidir.

4. Bəziləri Peyğəmbərə (s) itaətdən boyun qaçırsalar da, Peyğəmbər (s) Allaha bağlıdır və Allah tərəfindən himayə olunur.

5. İlahi peyğəmbərlər xalqı doğru yola çəkməyə vəzifəli deyil. Onların işi yalnız vəhyi bəyan etməkdir.

6. İnsan öz vəzifəsinə əməl etsə, insanların itaətsizliyi onu həvəsdən salmamalıdır.

7. Dinin təbliği aşkar, şəffaf olmalıdır.

8. Yalnız həqiqi məbud itaətə layiqdir.

9. Bir olan Allaha təvəkkül təkallahlılığın şərtidir.

10. Allaha təvəkkül həqiqi iman nişanəsidir.

11. Bütün işlərdə Allaha təvəkkül etmək lazımdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin