Nur təFSİRİ


Ayə 15: ﴿إِنَّمَآ أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَٱﷲُ عِندَهُ أَجْرٌ عَظِيمٌ﴾



Yüklə 1,72 Mb.
səhifə43/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   39   40   41   42   43   44   45   46   ...   348
Ayə 15:

﴿إِنَّمَآ أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَٱﷲُ عِندَهُ أَجْرٌ عَظِيمٌ﴾

Həqiqətən, sizin malınız və övladınız sınaq vasitəsidir. Böyük mükafat isə Allahın yanındadır. (Allah sınaqdan çıxanı mükafatlandırır)”


Nöqtələr
◘”Ənfal” surəsinin 28-ci ayəsi də bu surənin oxşarıdır.

◘”Fitnə” dedikdə həm insan üçün sınaq olan problemlər, həm də düşmənin fitnə-fəsadı nəzərdə tutulur. Quranda düşmənin fitnə-fəsadlarının qarşısını almaq tapşırılır. Buyurulur ki, fəsaddan əl çəkənədək onlarla vuruşun.1 (Qeyd) Maraqlıdır ki, insan üçün sınaq vasitəsi olan mal və övlad həm də dünya zinətidir.2 (Qeyd)

◘Həzrət Əli (ə) buyurur: “Fitnələr qaçılmazdır və onlardan Allaha pənah aparmayın. Allaha pənah aparın ki fitnələr sizi azdırmasın.” Sonra həzrət hazırkı ayəni oxuyur.3 (Qeyd)

◘Əgər var-dövlətin sınaq vasitəsi və fitnə olduğunu bilsək onun azlığından narahat olmarıq. Hamı asan imtahan istəyir.

◘Var-dövlət sınaq vasitəsidir. Halal yolla qazanmaq, halal yolda sərf etmək, vacib haqları ödəmək, şükr etmək lazımdır.

◘Övlad sınaq vasitəsdir. Bu səbəbdən də insan həyat yoldaşı seçiminə, mehriyyənin ödənişinə, övladın qidalanmasına, onun təlim-tərbiyəsinə, izdivacına, peşə seçiminə, müxtəlif meyllərinə diqqətli olmalıdır. Bütün bu mərhələlər imtahandır. Əgər valideyn öz vəzifəsini düzgün yerinə yetirsə, bu sınaqdan uğurla çıxsa, övladın bütün xeyir işlərinə şərikdir.

◘Həyat yoldaşı və övlad insana düşmən olmaya da bilər. Amma onlar istisnasız olaraq sınaq vasitəsidirlər.
Bildirişlər
1. Var-dövlət və övlada bağlılıq insan üçün çaşdırıcı amildir. Bu səbəbdən də Allah xəbərdarlıq edir.

2. İlahi vəzifələrin icrası yolunda mal və övlada məhəbbətə göz yummaq böyük işdir. Buna görə də Allah-taala həmin əsarətdən çıxanlara böyük mükafat vəd edir.

3. Sınağa çəkən tərəf nə qədər böyük olarsa, sınaqdan çıxanlar üçün mükafat da bir o qədər dəyərli olar. Böyük Allah böyük mükafat verir.

4. Allahın böyük mükafatına diqqət insanın mal və övlad əsarətindən çıxması üçün təsirli amildir.


Ayə 16:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin