Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə46/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   42   43   44   45   46   47   48   49   ...   348
(65-Cİ SURƏ; 12 AYƏ)
İYİRMİ SƏKKİZİNCİ CÜZ
TƏLAQ” SURƏSİNİN SİMASI
Mədinədə nazil olmuş bu surə 12 ayədən ibarətdir.

Surənin başlanğıc 7 ayəsi talaq, (boşanma) onun hökmlərini açıqlayır. Bu səbəbdən də surə “Təlaq” adlandırılmışdır. Surənin 2-ci hissəsində Allah əmrlərində boyun qaçıran ağır cəzaya düçar olanlar, eləcə də saleh əməl və Peyğəmbərə (s) iataət sahəsində Allahın xüsusi hidayət və nemətindən bəhrələnənlər haqqında danışılır.


بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:

﴿يَآ أَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقْتُمُ ٱلنِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُواْ ٱلْعِدَّةَ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمْ لَا تُخْرِجُوهُنَّ مِن بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّآ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَتِلْكَ حُدُودُ ٱللَّهِ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لَا تَدْرِي لَعَلَّ ٱللَّهَ يُحْدِثُ بَعْدَ ذَلِكَ أَمْراً﴾

Ey peyğəmbər! Qadınlarnızı boşamaq istədiyiniz vaxt onları iddə zamanı (ayıbaşından pak olduqdan sonra) boşayın. İddə vaxtını hesablayın və Rəbbiniz olan Allahdan qorxun. (İddə dövründə) Nə siz onları evdən çıxarın, nə də onlar özləri çıxsınlar. Yalnız aşkar çirkin işə yol versələr (evdən çıxara bilərsiniz). Bu göstərişlər Allahın hədləridir və hər kəs Allahın hədlərini pozsa, özünə sitəm etmişdir. Sən bilmirsən, olsun ki, Allah bundan sonra yeni bir əmr versin.”


Nöqtələr
◘”Əhsu” sözü saymaq mənasını bildirən “ihsa” sözündəndir. “Hisy” dedikdə çınqıl nəzərdə tutulur. Çünki qədim vaxtlar çınqıl daşlar vasitəsi ilə hesab aparılardı.1 (Qeyd)

◘”Bi fahişətin mubəyyənə” ifadəsi zina və ya ev əhlinə əziyyət mənasını bildirir. Bu qəbul çirkin işlərə yol verən zövcəni evdən çıxarmaq olar.2 (Qeyd)

◘Arvadını boşamaq qərarına gəlmiş kişi zövcəsi üç ayıbaşıdan paklanana qədər səbr etməlidir. Boşanmadan sonra qadın ərə gedə bilər. Bu zaman kəsiyi “iddə” adlanır. Qadın özü bu vaxtı hesablamalıdır. İddiə dövründə kişi qadının xərcini ödəməlidir. Həmin vaxt ərzində onu evdən çıxarmaq olmaz. Əlbəttə ki iddə dövründə qadın da kişinin icazəsi olmadan evi tərk edə bilməz.

◘Kişi iddə dövründə boşanma fikrindən daşınıb ailə həyatını bərpa edə bilər. Həmin vaxt yenidən əqd oxunmasına ehtiyac yoxdur. Olsun ki, iddə fəlsəfələrindən biri də ailənin dağılmasının qarşısını almaqdır. İddə qanunu tələsik boşanmağın qarşısını alır.

◘İslam əsassız boşanmanın qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qoyur. Məsələn, üç boşanmadan sonra qadın kişiyə haram olur və həmin qadınla təkrar evlənmək olmaz. Yalnız bir hal istisnadır. Qadın başqa bir kişidə ərdə olub boşandıqdan sonra əvvəlki əri ilə həyat qura bilər. İmam Rizadan (ə) bu hökmün fəlsəfəsi haqqında soruşulduqda buyurmuşdur: “Bu kökm verilib ki, insanlar boşanmanı yüngül və sadə düşünməsinlər.”1 (Qeyd)

◘Quranda buyurulur ki, zövcələrinizlə yaxşı davranın, boşanma zamanı onlarla yaxşı rəftar edin. Əgər kişi boşamaq istədiyi qadınla pis davranarsa şəri hakim qadının müdafiəsinə qalxır.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin