Talaq mövzusuna bir baxış
İslam dinində boşanmqa halalların ən pisi sayılmışdır.2 (Qeyd) Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin və boşanmayın. Boşanma ilə Allahın ərşi lərzəyə gəlir.”3 (Qeyd) Əlbəttə ki, bəzən boşanma yeganə çıxış yolu və zərurət olur.
Boşanmanın necəliyi ilə bağlı bir neçə baxış var.
a) Boşanma qeyd-şərtsiz, azad ola bilər; əgər belə olsa həvəsbaz və əyyaş insanlar bundan istifadə edər və yalnız müvəqqəti ləzzət almaq üçün evlənər.
b) Boşanma qadağan edilə bilər; belə bir baxış kilsəyə məxsusdur. Boşanma qadağan edilsə bir-birinə uyğunlaşmayan kişi və qadın xoşlamadıqları birgə yaşayışa məcbur olub, gizlində başqaları ilə görüşər.
v) Boşanma ixtiyarı qadına verilə bilər; əgər belə olsa, boşanma göstəriciləri artar. Çünki qadınlar həssasdır, tez inciyir. Əgər boşanma qadının ixtiyarına verilsə onlar kiçik bir inciklik səbəbindən boşanma qərarına gələr.
q) Boşanma kişinin ixtiyarına verilə bilər; İslam müəyyən qanunlar çərçivəsində, İslam hakiminin nəzarəti altında bu baxışa üstünlük vermişdir. Əlbəttə ki, qadın boşanmaq üçün İslam hakiminə müraciət etsə, hakim onun istəyini araşdırır. Əgər qadının haqları ödənmirsə, hakim boşanma hökmü verir.
◘İslam dinində boşanmanın şərtləri və xüsusi qanunları var. Boşanma mühüm əxlaqi məsələdir. Düşmənlə savaşın şərtləri olduğu kimi boşanmanın da hökmləri var. Məsələn, savaşda düşmənlə mübarizə bəhanəsi altında içməli suyu zəhərləmək, ağacları qırmaq, uşaqları və qadınları incitmək olmaz.
Dostları ilə paylaş: |