Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə53/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   49   50   51   52   53   54   55   56   ...   348
Bildirişlər
1. Dini hökmlər üçün təyin olunmuş vaxta diqqətli olmaq lazımdır. (İddənin həm başlanğıc, həm də son vaxtı bildirilir.)

2. Hər bir iş üçün öncədən proqram, vaxt təyin olunmalıdır.

3. Həm həyatın davamında, həm də boşanmada bəyənilmiş şəkildə rəftar etmək, hörməti gözləmək lazımdır.

4. Xoş rəftar həm barışıq, həm də boşanma gedişində həyat yoldaşının haqlarındandır.

5. Ailə həyatının davamı boşanmadan üstündür.

6. İstər ailə həyatı, istərsə də boşanma şəriətin müəyyənləşdirdiyi yolla, bəyənilmiş şəkildə olmalıdır.

7. Qadınların fiziki baxımdan zəifliyi, ictimai adət-ənənələr, onların haqlarının daha çox tapdanması ilə nəticələnmişdir. Bu səbəbdən də Qurani-kərimdə daha çox kişilərə tövsiyə olunur ki, qadınların haqlarını qorusunlar.

8. Boşanma qarşı tərəfə ehtiram göstərməklə, təhqirə yol vermədən həyata keçməlidir.

9. Boşanmanın həyata keçməsi üçün iki ədalətli şahidə ehtiyac var.

10. Tərəflərin haqlarını qorumaq üçün iki ədalətli şahid seçilməsi bu işə diqqətdən danışır.

11. Boşanma ədalətli insanların iştirakı ilə həyata keçməlidir.

12. Ədalətli fərdlər də xatırlatmaya ehtiyaclıdır.

13. Nə məhəbbət, nə də düşmənçilik mühakimənin nəticəsinə təsir göstərməməlidir.

14. İki ədalətli şəxsin şəhadəti haqların qorunması və ixlasla müşayiət olunmalıdır.

15. İnsanların haqqı dini haqlarla bir çəkidədir. Qurani-kərimdə həm namaz, həm din, həm şəhadət, həm də ölçüdə diqqətli olmaq tövsiyə edilir.1 (Qeyd)

16. Moizə dedikdə təkcə əxlaqi tövsiyələr yox, həm də fiqhi göstərişlər nəzərdə tutulur.

17. Nəsihətin qəbulu həqiqi iman nişanəsidir.

18. İnsan üçün ən üstün moizə və tərbiyə yolu dolaşıq ürfan yoluna üz tutmaq yox, dini hökmlərə yetərincə əməl etməkdir.

19. Problemlərin günah yolla həlli azğınlığa aparır. Təqva və Allah qorxusu insanı problemlərdən xilas edir.

20. Təqva bütün çətinliklərdən xilas yoludur.

21. Böhranları və fitnələri aradan qaldırmaq üçün iki yol var: təqva və Qurana sarılmaq.2 (Qeyd)

22. Boşanmaq qərarına gəlmiş ərlə arvad təqvalı olarsa Allahın xüsusi lütfündən bəhrələnər.

23. Günah yolla ehtiyaclarını təmin edənlər Allahın gözlənilməyən yolla yetirəcəyi ruzidən məhrum olur.

24. Allahın istəkləri insanın hesabatlarından asılı deyil.

25. Mənəvi nöqtələrin gözələnilməsi maddi həyatda təsirlidir. (Qeybi yardımlar insanın həyatında mühüm rol oynayır)

26. Təqvalı insan öz istəklərini yox, Allahın istəklərini əsas götürür. Allahın iradəsi qarşısında maneə olmadığından təqvalı insan çıxılmaz vəziyyətə düşmür.

27. Ruzinin bolluğu çox işləməkdən asılı deyil. İmam Sadiq (ə) hazırkı ayə ilə bağlı buyurur ki, Allah ona veriləni bərəkətli edər.3 (Qeyd)

28. Çətin vəziyyətdən çıxmaq üçün təqva və təvəkkül iki mühüm vasitədir.

29. Bu günkü həyatın təmini üçün təqvaya, gələcəyin təmini üçün təvəkkülə ehtiyac var.

30. Təqva təvəkküldən öndə gəlir.

31. Allahın lütfü olmayan yerdə bütün amillər yetərsizdir.

32. Bütün fərdlər və hökumətlər üçün məğlubiyyət, uğursuzluq ehtimalı var. Yalnız Allahın istək və iradəsi yenilməzdir.

33. Allaha təvəkkül Allahın sonsuz qüdrətinə əsaslanır.

34. Allahın qüdrət sahibi olması və bizim ona təvəkkülümüz bütün arzuların həyata keçməsi kimi qəbul olunmamalıdır. Çünkü həyatda qanunlar, hesab-kitab var.


Ayə 4:

﴿وَٱللَّائِي يَئِسْنَ مِنَ ٱلْمَحِيضِ مِن نِّسَآئِكُمْ إِنِ ٱرْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَٱللَّائِي لَمْ يَحِضْنَ وَأُوْلَاتُ ٱلْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُ مِنْ أَمْرِهِ يُسْرًا﴾

(Boşamaq istədiyiniz) Ayıbaşısı kəsilmiş zövcələrinizin (yaşa, xəstəliyə və ya həmiləliyə görə belə olduğuna şübhə etsəniz, bilin ki) onların iddə müddəti üç aydır. Ayıbaşı olmayan qadınların da hökmü belədir. Hamilə qadınların iddəsinin sonu hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxsa, Allah onun işində asanlıq yaradar.”



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin