Nur təFSİRİ


Ayə 8: ﴿وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُّكْرًا﴾



Yüklə 1,72 Mb.
səhifə57/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   53   54   55   56   57   58   59   60   ...   348
Ayə 8:

﴿وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُّكْرًا﴾

Rəbbinin və Onun peyğəmbərinin əmrindən boyun qaçıran məntəqə nə çox! Biz onlarla çətin hesab apardıq, onları görünməmiş əzabla cəzalandırdıq.”


Ayə 9:

﴿فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا﴾

Onlar öz əməllərinin acısını daddılar və işləri zərər-ziyanla başa çatdı.”


Nöqtələr
◘”Qəryə” dedikdə insanların məskunlaşmaq üçün toplandığı məhəl nəzərdə tutulur. Qəryə şəhər də ola bilər, kənd də. “Ətət” sözü “utu” sözündən olub itaətsizlik mənasını bildirir. “Vəbal” dedikdə şiddət və ağırlıq mənası nəzərdə tutulur. Ayədə ağır əzaba işarə olunmuşdur.

◘Ötən ayələrdə hətta ayrılıq dövründə ailə-övladın hüquqlarından danışıldı. Hazırkı ayədə buyurulur ki, göstərişlərə ciddi yanaşın, Allahın və Onun peyğəmbərinin göstərişindən çıxmağın aqibəti pisdir. Tarixə nəzər salsaq, bu yönümdə cəzalandırılanlar çox olub.


Bildirişlər
1. Tarix və keçmişdəkilər gələcəkdəkilər üçün bir güzgüdür.

2. Allah və Onun peyğəmbərinin göstərişindən çıxanların ağır cəzalandırılması ilahi sünnədir.

3. Peyğəmbərlərin göstərişlərinə itaətsizlik Allaha itaətsizlikdir.

4. Dünya əzabı axirət əzabı ilə müqayisədə çox cüzidir. Əsil əzab qiyamətdədir.

5.Allah və Onun peyğəmbərinin göstərişinə itaətsizliyin sonu zərər-ziyandır.

6. Ötəri çətinliklərə vaxt sərf etməyək, işin sonunu düşünək.


Ayə 10:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin