(66-CI SURƏ; 12 AYƏ)
İYİRMİ SƏKKİZİNCİ CÜZ
“TƏHRİM” SURƏSİNİN SİMASI
Mədinədə nazil olmuş bu surə 12 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. Həmin ayədə Allah insana halal edilənlərin haram sayılmasını (“təhrim”) məzəmmət edir. Halalların halal sayılmasının fərdi və ictimai səbəbləri var.
Surənin ilk ayəsində bəzi Peyğəmbər (ə) zövcələrinin xoşagəlməz rəftarı məzəmmət olunur. Növbəti ayədə möminlərə müraciət olunur, onlara ailə-övladlarına münasibətdə diqqətli olmaq tapşırılır. Bildirilir ki, əks təqdirdə onları cəhənnəm gözləyir. Daha sonra müsbət və mənfi qadın nümunələri açıqlanır. Həzrət Nuh və Lutun zövcələri mənfi, Fironun zövcəsi və xanım Məryəm müsbət nümunə kimi təqdim edilir.
Dostları ilə paylaş: |