Nöqtələr
◘Bu ayənin nazil olma şəni ilə bağlı müxtəlif fikirlər bildirilmişdir. Bir şey aydındır ki, bəzən Peyğəmbərin (s) zövcələri bir-birinə həsəd aparırdılar və Peyğəmbər (s) ümumi razılığa xatir öz haqqından keçirdi. Peyğəmbərin (s) uyğun rəftarı öz-özlüyündə şəxsi bir iş idi. Amma Peyğəmbər (s) cəmiyyət üçün nümunə olduğundan başqaları onun hərəkətini qanun kimi qəbul edə bilərdi. Bu səbəbdən də Allah-taala Peyğəmbəri (s) uyğun rəftardan çəkindirir və xalqın nəzərinə çatdırılır ki, Peyğəmbərin uyğun rəftarları örnək deyil, şəxsi bir işdir.
◘Qurani-kərimin Allah tərəfindən nazil olma dəlillərindən biri də ilahi kitabda müəyyən məqamlarda Peyğəmbərə (s) xəbərdarlıq olunmasıdır. Məlum məsələdir ki, müəllif özünü məzəmmət etməz. Uyğun məzəmmətlər göstərir ki, səmavi kitab təhrif olunmamışdır. Bu ayənin oxşarı ilə “Tövbə” surəsində rastlaşırıq. Uyğun surənin 23-cü ayəsində bəzi rahatlıq axtaranlara Peyğəmbər (s) tərəfindən cəbhəni tərk etmək icazəsinin verilməsi qeyd edilir.
◘”Əhəm və mühüm” prinsipini, yəni məsələlərin əhəmiyyət baxımından dərəcələrə bölünməsini unutmayaq. And içmək əhəmiyyətli bir işdir. Amma dini hökmlərin hifzi daha mühümdür. Əgər bir şəxs and içərək halal bir işi özünə haram etmişsə, kəffaə ödəməklə düşdüyü vəziyyətdən çıxa bilər. Kəffarə miqdarı “Maidə” surəsinin 89-cu ayəsində bəyan olunmuşdur.
◘Peyğəmbərin (s) and içərək hansısa işləri özünə qadağan etməsi şəxsi xarakter daşıyır. Bu vəziyyətdən çıxış yolu göstərilir.
Dostları ilə paylaş: |