Ayə 7:
﴿يَآ أَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعْتَذِرُواْ ٱلْيَوْمَ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ﴾
“(Qiyamətdə kafirlərə xitab olunar) Ey küfr edənlər! Bu gün üzr istəməyin. Sizə verilən cəza yalnız öz əməllərinizə görədir.”
Nöqtələr
◘Quranda yalnız bir ayə “ey küfr edənlər” müraciəti ilə başlayır. Bu müraciət də qiyamətə aiddir.
◘Qiyamətin müxtəlif dayancaqları var. Dayanacaqlardan birində üzürxahlığa icazə verilmir.2 (Qeyd) Başqa bir dayanacaqda üzürxahlıq qəbul olunmur.3 (Qeyd) Hətta danışmağa icazə verilməyən dayanacaq var.4 (Qeyd)
Dostları ilə paylaş: |