Bildirişlər
1. Küfr qiyamət günü bağışlanası deyil. Həmin gün kafirin tövbəsi qəbul olunmaz. Bəli, məntiq, moizə, möcüzə, qarşısında inadkarlıq və itaətsizlik bütün üzürxahlıq qapılarını insanın üzünə bağlayır.
2. Qiyamət cəzaları yalnız insanın öz əməllərindən qaynaqlanır.
Ayə 8:
﴿يَآ أَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُواْ إِلَى ٱللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَى رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا ٱلْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُ نُورُهُمْ يَسْعَى بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَآ أَتْمِمْ لَنَا نُورَنَا وَٱغْفِرْ لَنَآ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Ey iman gətirənlər! Allah dərgahına tövbə qılın, xalisanə bir tövbə! Ümid var ki, Rəbbiniz sizin pis işlərinizi örtsün, sizi altından çaylar axan behiştlərə daxil etsin. Elə bir gün ki, Allah peyğəmbər və ona iman gətirənləri xar etməz, onların nuru qarşılarından və sağ tərəflərindən saçılanda deyərlər: “Pərvərdigara, bizim nurumuzu kamala çatdır, bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən.”
Dostları ilə paylaş: |