Ayə 9:
﴿يَآ أَيُّهَا ٱلنَّبِيُّ جَاهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَافِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ ٱلْمَصِيرُ﴾
“Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş. Onlarla sərt ol. Onların yeri cəhənnəmdir. Qayıdış üçün pis yerdir.”
Nöqtələr
◘Kafirlər və münafiqlər hər ikisi cəhənnəmdə olsalar da, münafiqlər daha çox təhlükə törətdiklərindən onların cəhənnəmdəki yeri kafirlərdən pisdir.3 (Qeyd)
◘Kafirlər və münafiqlərlə cihad Allahın əmridir. Amma necə cihad aparmağı Peyğəmbər (s) və onun həqiqi canişinləri bildirir. Əgər Peyğəmbər (s) öz dövründə münafiqlərlə vuruşa qalxmadısa, Əli ibn Əbu-Talib (ə) münafiqlərin hücumlarına cavab verdi.
Dostları ilə paylaş: |