Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə77/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   73   74   75   76   77   78   79   80   ...   348
(67-Cİ SURƏ; 30 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
MULK” SURƏSİNİN SİMASI
“Mulk” surəsi 29-cu cuzün başlanğıc surəsidir. Məkkə surələrindən olan bu surə 30 ayədən ibarətdir. Onun digər bir adı “Təbarəkdir”. Həm “Mulk”, həm də “Təbarək” sözləri surənin 1-ci ayəsindən götürülmüşdür. “Mulk” dedikdə hakimiyyət, “Təbarək” dedikdə bərəkətli mənaları başa düşülür.

Surənin məzmunu prinsipcə 3 hissədən ibarətdir:

1. Yaranış qaynağı, Allahın sifətləri, varlıq aləminin heyrətamiz nizamı, varlıq aləminin yaranışı, insan və onun tanışlıq vastələri haqqında ayələr;

2. Məad, cəhənnəm əzabı, cəhənnəm əhlinin qiyamətdə söhbəti haqqında ayələr;

3. Kafirlərin və zalımların dünya və axirət əzabı ilə hədələnməsi.

Bu surə Quranın ən fəzilətli surələrindədir. Rəvayətlərdə bu surənin qiraəti ilə bağlı həzrət Peyğəmbər (s) və məsum imamların dilindən bəyanatlar nəql olunur. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə oxuyuruq: “Təbarək” surəsini oxuyan kəs qədr gecəsini oyaq qalmış kimidir.” Digər bir rəvayətdə buyurulur: “Təbarək surəsinin bütün möminlərin qəlbində həkk olunmasını istərdim.”1 (Qeyd)



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin