Ayə 5:
﴿وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِّلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ﴾
“Həqiqətən, biz dünya səmasını çıraqlarla zinətləndirdik. Onu şeytanları qovmaq üçün vasitə seçdik. Onlar üçün bol əzab hazırladıq.”
Nöqtələr
◘”Tibaq” sözü ya “tabəq” məsdərindəndir, ya “təbəq” sözünün cəm formasıdır. Birinci halda uyğun söz göy qatlarının bir-birinə uyğunluğunu bildirir. İkinci halda yeddi qat səmanın bir-birinin üzərində qərar verildiyi nəzərdə tutulur.
◘”Təfavut” dedikdə uyğunsuzluğun yaranması “futur” dedikdə uzununa çat yaranması başa düşülür. “Xasiən" sözü yorğun və nakam, “həsir” sözü zəif mənasını bildirir.
◘Dayaz düşüncəli insanlar həyatdakı problemlərdən ikrah duyur. Bəli, körpə turşu və ya isti oddan imtina edir. Amma onun valideyni turşunu da mürəbbə həddində sevir. Düşüncə sahibləri rastlaşdıqları acı hadisələri də özləri üçün faydalı bilirlər.
◘”Misbah” sözü “sübh” sözündən olub gecəni də gündüz kimi işıqlandıran vasitə, məsələn çıraq mənasını ifadə edir.
◘Ayələrdə ulduzlarla bağlı üç ardıcıl təbir işlədilmişdir: Misbah, zinət, şeytanların daşlanması.
◘”Saffat” surəsinin 7-ci və 8-ci ayələrində oxuduq ki, şeytanlar səmanın xəbərlərini dinləmək üçün oraya nüfuz etməyə çalışırlar. Amma hər dəfə hədəfə alınır və qovulurlar. Şeytanları hədəfə alan ulduzlar səmanı hifz edirlər.
Dostları ilə paylaş: |