Ayə 15:
﴿هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَامْشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزْقِهِ وَإِلَيْهِ ٱلنُّشُورُ﴾
“Odur yeri sizin üçün ram edən. Onun çiyinlərində dolanın. Allahın ruzisindən yeyin. Qayıdış yalnız Ona doğrudur.”
Nöqtələr
◘”Mənkəb” dedikdə çiyin nəzərdə tutulur. Yükü götürmək üçün ən münasib bədən üzvü çiyindir. Yerin çiyini dedikdə onun ruzi yükünü götürmüş əsas hissələri nəzərdə tutulur.
◘Yer insana ram edilmişdir. O bir neçə növ hərəkət etsə də, aramdır. Əgər yer üzündə daim zəlzələ və vulkanlar baş versəydi, günəşlə yer arasındakı məsafə yaxın və ya uzaq olsaydı, yerlə bağlı dəqiq hesablar gözlənilməsəydi, o, insana ram olmazdı.
Dostları ilə paylaş: |