Ayə 18, 19:
﴿وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ﴾﴿أَوَلَمْ يَرَوْاْ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَآفَّاتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَنُ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ﴾
“Həqiqətən, onlardan öncəkilər peyğəmbərləri təkzib etdilər. Bax gör əzabım necə oldu! Onların üzərində qanadlarını açmış və yığmış quşları görmürsənmi? Rəhman Allahdan savayı kimsə onları saxlaya bilməz. Həqiqətən, o hər şeyi görəndir.”
Nöqtələr
◘Quşların dəstə-dəstə uzun yollar ötüb keçməsi, köç üçün vaxt bölgüsü, dincəlmək üçün enişi və uçuşu Allahın əzəmət və qüdrətindən danışır.
◘”Saffat” sözü quşların qanadlarını açaraq uçduğunu bildirir. “Yəqdisnə” sözü isə quşların qanadlarını yığması kimi hərəkətə işarədir.
Dostları ilə paylaş: |