Nur təFSİRİ


Ayə 25, 26: ﴿وَيَقُولُونَ مَتَى هَذَاْ ٱلْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾﴿قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا نَذِيرٌ مُّبِينٌ﴾



Yüklə 1,72 Mb.
səhifə90/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   86   87   88   89   90   91   92   93   ...   348
Ayə 25, 26:

﴿وَيَقُولُونَ مَتَى هَذَاْ ٱلْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾﴿قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا نَذِيرٌ مُّبِينٌ﴾

(Kafirlər istehza ilə) Deyirlər: “Əgər doğru deyirsinizsə, qiyamət vədi nə vaxtadır?” Onlara de ki, (qiyamət haqqında) elm yalnız Allaha məxsusdur, mən sadəcə aşkar qorxudanam.”


Nöqtələr
◘Quranda “məta hazəl vəd” cümləsi müxaliflərin dilindən 6 dəfə işlədilmişdir. Peyğəmbər (s) onlara cavab verir ki, bu barədə elm yalnız Allaha məxsusdur.

◘Qeyb elmi iki növdür: Allahın öz seçilmiş bəndələrinə əta etdiyi qeyb elmi və yalnız özünə məxsus olan qeyb elmi.1 (Qeyd) Təkcə Allaha məxsus olan qeyb elmindən peyğəmbərlər də xəbərsizdir. Qiyamətin vaxtı yalnız Allaha məlum olan biliklərdəndir. Duada oxuyuruq ki, yalnız özün üçün saxladığın elmin haqqına and veririk...

◘Qiyamətin vaxtının və xırdalıqlarının bilinməməsi onu inkar etmək üçün dəlil deyil. Qapının zəngi çalınanda kimin düyməni basdığını görmürsünüz. Amma bu o demək deyil ki qapı arxasında kimsə yoxdur.
Bildirişlər
1. Kafirlər bəhanə axtarırlar. (Onlar qiyamətin vaxtını soruşmaqla aradan çıxırlar)

2. Düşmənlər yersiz suallar, təhqir və istehzalarla əqidə məktəbi və səmavi məktəbi alçaltmaq istəyirlər. Bu səbəbdən də Peyğəmbəri (s) yalançı adlandırırlar.

3. Heç bir dəyəri olmayan biliklər də var. Əgər insanlar qiyamət vaxtını bilsəydilər həmin dövrə yaxın olanlar qorxuya düşər, uzaq olanlar qəflətdə qalardılar)

4. Peyğəmbərin vəzifəsi qeybdən xəbər vermək yox, insanları doğru yola çağırmaqdır.

5. Peyğəmbərlərin buyuruqları aydın və sadədir.

6. Qürurlu və inadkar insanlara xəbərdarlıq etmək lazımdır. Belələrini müjdə və təşviqlə oyatmaq çətindir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin