Nur təFSİRİ


Ayə 27: ﴿فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَذَا ٱلَّذِي كُنتُم بِهِ تَدَّعُونَ﴾



Yüklə 1,72 Mb.
səhifə91/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   87   88   89   90   91   92   93   94   ...   348
Ayə 27:

﴿فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَذَا ٱلَّذِي كُنتُم بِهِ تَدَّعُونَ﴾

Onu (vəd olunmuş qiyaməti) yaxın gördüklərindən küfr edənlərin çöhrəsi çirkin və tutqun olacaq. Onlara deyilər ki, budur (dünyada məsxərəyə) qoyub istədikləriniz.”


Nöqtələr
◘”Zulfə” dedikdə yaxın mənası anlaşılır. Həcdə məşərul-həram adlı yer “Muzdəlifə” adlanır. Çünki bu yer Məkkəyə yaxındır.

◘”Təddəun” dedikdə ciddi və tələsik istək nəzərdə tutulur. “Zariyat” surəsinin 14-cü ayəsində buyurulur ki, yada sal onlara odla işgəncə veriləcək gün; dadın işgəncələrinizi. Budur tələsik istədikləriniz...

◘Qurani-kərim çox saylı ayələrdə qiyamət günü xeyir əməl sahibləri və günahkarların çöhrəsini təsvir edir. Xeyir əməl sahibləri haqqında buyurulur ki, qiyamət günü onların üzü işıqlı və şaddır2(Qeyd); Onların çöhrəsi təravətlidir3(Qeyd); onların çöhrələrində sevinc və görünür4(Qeyd). Azğınlar və günahkarlar haqqında isə bildirilir ki, həmin gün onların sifətləri bulaşıq, tutqun, qaralmışdır1(Qeyd); onların çöhrələri zəlil vəziyyətdədir2(Qeyd); od şölələri onların üzünü bürüyər, sifətləri tutqun olar, dodaqları yandığından dişləri görükər3(Qeyd); qiyamət günü onlar kor, kar, lal olar4(Qeyd); həmin gün çöhrələri əyilmiş vəziyyətdə olar5(Qeyd); həmin gün üzü üstə oda çəkilərlər6(Qeyd).


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin