İslamda əxlaq
Peyğəmbərin (s) səciyyələri arasında Quran onun əxlaqını qeyd edir. Peyğəmbər (s) böyük əxlaq sahibi sayılır. “Mizanul-hikmə” mənbəsindən bu mövzuda bəzi rəvayətləri təqdim edirik:
Həzrət Əli (ə) buyurur: “Bir çox böyük insanlar pis əxlaqları səbəbindən zəlil oldular. Bir çox zəlil şəxslər isə gözəl əxlaqlarına görə əziz oldular.” İmam Hüseyn buyurur: “Gözəl əxlaq bütün xeyir əməllərin başıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Gözəl əxlaq budur ki, Əgər kama çatdın razı qalasan, məhrum oldun özündən çıxmayasan.” Həzrət Əli (ə) buyurur: “İnsan gözəl əxlaq sayəsində namaz qılıb oruc tutanlar dərəcəsinə çatar.” İmam Sadiq (ə) buyurur: Gözəl əxlaq ondur: yəqinlik, qənaət, səbr, şükr, helm, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, ali cənablıq. Əmirəl-möminin (ə) buyurur: “Gözəl xasiyyətlərdən biri budur ki, kim səninlə əlaqəni kəssə, onunla əlaqə saxlayasan. Kim səni məhrum etsə, ona əta edəsən. Kim sənə sitəm qılsa, onu bağışlayasan.” İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq günahları yuyar. Necə ki, günəş mikrobları öldürür”; “Xoş əxlaq əlaqələri möhkəmləndirir.” Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanda xəsisliklə pis əxlaq olmaz.” Peyğəmbərə (s) dedilər ki, filan qadın ibadət etsə də xasiyyəti pisdir, qonşularını dili ilə incidir. Həzrət (s) buyurdu: “O cəhənnəm əhlidir. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) Səd ibn Məazı dəfn edəndə Məaz ailədəki pis xasiyyətinə görə qəbir sıxıntısına düçar oldu.
“Böyük əxlaq”
“Xulq” dedikdə insanın xarakterinə hopmuş xüsusiyyətlər nəzərdə tutulur. Ötəri rəftarlar “xülq” sayılmır. “Xulqin əzim” ifadəsi ilə bağlı müxtəlif təfsirlər verilmişdir:
a) Ayişə deyir: “Peyğəmbərdə (s) “Muminun” surəsinin ilk 10 ayəsindəki xasiyyətlər vardı. Bundan yuxarı tərif yoxdur.”
b) “Xulqin əzim” dedikdə İslami əxlaqla zinətlənmək nəzərdə tutulur.
v) Nəzərdə tutulan haqqa səbr etmək, ağıl əsasında tədbir tökməkdir.
q) Lüğət kitablarından bəzilərində “xulq” sözü din və ayin kimi mənalandırılır. İmam Baqirdən (ə) belə bir hədis nəql olunur: “Böyük əxlaq dedikdə İslam ainləri nəzərdə tutulur.”1 (Qeyd)
d) Nəzərdə tutulan müxaliflərlə ağayana rəftar etməkdir. Allah-taala Peyğəmbərə (s) belə bir əmr vermişdi.2 (Qeyd)
j) Nəzərdə gözəl xasiyyətlər tutulmuşdur. Həzrətin (s) belə buyurduğu nəql olunur: “Rəbbim məni necə də gözəl tərbiyə etdi.”3 (Qeyd)
z) Ayişə Peyğəmbərin (s) əxlaqı haqqında deyir: “Peyğəmbərin (s) əxlaqı Quranın təcəssümü idi.”4 (Qeyd)
◘Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirinin 27 səhifəsini Peyğəmbərin (s) əxlaqına, ədəbinə sərf etmişdir. Uyğun mənbədə sadalanan səciyyələrdən bəzilərini yada salaq: Peyğəmbər (s) öz ayaqqabısını yamayardı; öz libasını tikərdi; qoyun sağardı; xidmətçilərlə bir süfrədə əyləşərdi; yerdə oturardı; ulağa minərdi; özü bazarlıq edərdi; yoxsullarla görüşəndə əl tutardı və əlini birinci çəkməzdi; rastlaşdığı adamla yaşından asılı olmayaraq salamlaşardı; təklif olunanı rədd etməzdi. Hətta bir çürümüş xurma da olsaydı! Az xərcləyər, xoş davranardı; üzündə daim təbəssüm vardı, amma qəh-qəhə çəkməzdi; qaşqabaqlı yox, məhzun olardı; daim təvazökar idi; israfa yol vermədən səxavət göstərərdi; qəlbi yuxa, mehriban idi; kimsənin əlində olana höz dikməzdi; evdən çıxanda güzgüyə baxar, saçlarını qaydaya salardı; güzgü tapmayanda suya baxardı; kimsənin hüzurunda ayaqlarını uzatmazdı; iki iş arasından çətinini seçərdi, ona zülm edildikdə intiqam almazdı; Allah düşmənlərinin təcavüzünə qəzəblənərdi; heç vaxt dirsəklənib xörək yeməzdi; kimsənin istəyinə rədd cavabı verməzdi; namazını tam və yüngül qılar, xütbələrini uzatmazdı; insanlar onu xoş qoxusundan tanıyardılar; qonağı olanda yeməyə birinci başlar, ən axırda süfrədən çəkilərdi; süfrədə yalnız öz qabağından yeyərdi; suyu üç dəfə nəfəsini dərib içərdi; yalnız sağ əli ilə verər, alar, xörək yeyərdi; üç dəfə dua edər, danışanda sözünü təkrarlamazdı. Bir şəxsin evinə daxil olmaq üçün üç dəfə icazə istəyərdi; danışığı aydın idi, hamı onu başa düşürdü; baxışını dinləyicilər arasında bölürdü; insanlarla danışanda üzündə təbəssüm olurdu.
Dostları ilə paylaş: |