Nur təFSİRİ


Ayə 13, 14, 15, 16, 17, 18



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə103/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   99   100   101   102   103   104   105   106   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 13, 14, 15, 16, 17, 18: 
 اة كَد اَت كُدَف ُلاَب ِجْلٱ َو ُض ْرَ ْلْٱ ِتَلِمُح َو﴿﴾ٌةَد ِحا َو ٌةَخْفَن ِروُّصلٱ يِف َخِفُن اَذِإَف﴿
 َق َو ٍذِئَم ْوَیَف﴿﴾اةَد ِحا َو
 ىَلَع ُكَلَمْلٱ َو﴿﴾ٌةَیِها َو ٍذِئَم ْوَی َيِهَف ُءآَم سلٱ ِت قَشنٱ َو﴿﴾ُةَعِقا َوْلٱ ِتَع
 ْمُكنِم ىَفْخَت َلً َنوُض َرْعُت ٍذِئَم ْوَی﴿﴾ٌةَیِناَمَث ٍذِئَم ْوَی ْمُهَق ْوَف َكِ ب َر َش ْرَع ُلِمْحَی َو آَهِئاَج ْرَأ
﴾ٌةَیِفاَخ 
 
“Surun bircə dəfə üfürüləcəyi; yer və dağların qaldırılıb bir-birinə vurulacağı; 
bəli, həmin gün böyük hadisə baş verər; göy parçalanar və həmin gün süst olar; 
mələklər onun ətrafındadır, həmin gün Rəbbinin ərşini səkkiz nəfər başı üzərində 
aparar; həmin gün (hesab üçün) təqdim olunarsınız; heç bir gizli işiniz məxfi 
qalmaz.” 
 
Nöqtələr 
 
◘”Dəkk” dedikdə parçalamaq, viran qoymaq mənası nəzərdə tutulur. Hamar və 
yumşaq torpaq da “dəkk” adlanır. “Vahiyə” sözü süst, “ərca” sözü ətraf mənasını bildirir. 


105 
◘Bu ayələrdə “yəvmə izin” sözünün təkrarlanması qiyamət gününün əhəmiyyətini 
göstərir. 
◘İmam Sadiq (ə) buyurur: “Ərşi daşıyan səkkiz nəfərdən bəziləri peyğəmbər, 
bəziləri imamlardır: Nuh, İbrahim, Musa, İsa, Məhəmməd (s), Əli (ə), Həsən (ə), Hüseyn 
(ə). Ərş dedikdə ilahi elm nəzərdə nəzərdə tutulur demək, qiyamətdə mələklərdən də 
üstün Allah övliyaları var və onlar insanların əməllərindən xəbərdardır.”
1
◘Əli ibn Əbu-Talib (ə) buyurur: “Allahın ərşi taxt yox, məhdud, yaranmış, idarə 
olunan bir mövcuddur. Mələklər Allahın verdiyi qüdrətlə onu daşıyırlar.”
2
Bildirişlər 
 
1. Surun üfürüləcəyi labüd işlərdəndir. 
2. Varlıq nizamı ildırım səsi ilə dağılar. 
3. Qiyamət günü yer öz orbitindən çıxar, dağılar, yerindən qopub bir-birinə çırpılar. 
4. Dağların parçalanması şiddət və sürətlə baş verər. 
5. Ən mühüm hadisə qiyamət hadisəsidir və başqa hadisələr onunla müqayisədə heç 
nədir. 
6. Möhkəm səmalar sonda süstləşər. 
7. Qiyamətdə varlıq nizamı pozulsa da, digər bir nizam hakim olar. Bu nizam 
mələklərin hüzuru ilə bərpa olar. 
8. İnsan şəxsiyyətinin bütün gizli nöqtələri qiyamət günü açılar. İnsanın kimiliyi üzə 
çıxar. Onun yaxşı və pis əməlləri, düşüncə və məqsədləri, nöqsan və kamillikləri 
açıqlanar. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin