Nur təFSİRİ


“Heç bir dost dostunun əhvalını soruşmaz; onlar bir-birlərinə göstərilərlər



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə111/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   107   108   109   110   111   112   113   114   ...   317
NUR-TƏFSİRİ-12

“Heç bir dost dostunun əhvalını soruşmaz; onlar bir-birlərinə göstərilərlər. 
Həmin gün günahkar şəxs əzabdan qurtarmaq üçün övladlarını fidyə verməyə razı 
olar; eləcə də zövcəsini və qardaşını; həmişə ona sığınacaq vermiş yaxınlarını, 
qəbiləsini; bütün yer əhlini qurban verər ki, xilas olsun; belə deyil, həqiqətən, o 
1
“Ənbiya”, 104; müəllifin “Məad” kitabı 


112 
şölələnən oddur; bədənin dərisini çəkib ayırar; (bu od haqqa) arxa çevirən hər kəsi 
çağırar; (var-dövlət) yığıb saxlayanı!” 
 
Nöqtələr 
 
◘”Yəvtədi” dedikdə qurtuluş üçün əvəz vermək, fidyə nəzərdə tutulur. “Fəsilə” sözü 
insanın ayrıldığı qohum-əqrəba mənasını bildirir. “Tövihi” sözü “məva” sözündən olub 
sığınacaq vermək mənasını bildirir. Odun xüsusi şöləsi “ləzza” adlanır. “Əva” sözü qab 
mənasını bildirən “vəa” sözündəndir və burada bir şeyin qaba yığılmasını bildirir. İnsan 
bədəninin ətraf dərisi “şəva” adlanır. 
◘Günahkar qiyamətdə üç şey arzulayır: torpağa dönəydim
1
; əməllərimdən 
qurtulaydım
2
; fidyə verib qurtulaydım. 
◘Günahkar canını qurtarmaq üçün qurban verərkən kimisə seçmir. O hər şeyi qurban 
verməyə razıdır. Qiyamət günü ailə-övlad məhəbbəti, dostluq-qardaşlıq hissləri yaddan 
çıxır. Amma bunun nə faydası! 
◘Hazırkı ayələrə əsasən cəhənnəmə düşməyin dörd səbəbi var: insan aşkarda haqqa 
arxa çevirir, qəlbində haqqa nifrət bəsləyir, var-dövlət toplamaqla məşğul olur, kimsəyə 
kömək əli uzatmır. 
Bildirişlər 
 
1. Dünyadakı rabitələr axirətdə kara gəlmir, onlara əsir olmayın. 
2. Qiyamətdə həm ruhi, həm də fiziki əzab var. İnsana yaxınlarının və dostlarının 
göstərilməsi böyük ruhi əzabdır. 
3. Günahkar qiyamət günü hər şeyi qurban vermək bahasına qurtulmaq istəyir. 
4. Ehtiyatlı olaq və ailə-övlada, ətrafdakıların məhəbbətinə görə cəhənnəmə 
düşməyək. Çünki qiyamət günü kimsə köməyə gəlmir, dərdə dəymir. 
5. İnsanın özünə məhəbbəti onun ən böyük meylidir. 
6. Cəhənnəm odu şüurludur, günahkarı tanıyır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin