113
Sual: İnsanın üstün məxluq olması və xəsisliyi bir-birinə zidd deyilmi?
Cavab: İnsan ziddiyyətlər girdabındadır və bu təkamül nişanəsidir. Nəfs insanı
pisliyə çağırır, ağıl onu pislikdən çəkindirir.
1
İnsanın təkamülü bu iki yol arasında düzgün
seçim aparıb tərbiyələnməkdir.
◘Rəvayətlərə əsasən ən üstün əməl davamlı əməldir.
2
◘Hərisliklə bağlı bir sıra rəvayətlər nəql olunmuşdur.
3
Bu rəvayətlərdə bildirirlir ki,
hərislik ruzini artırmır, hərisliyi çox olan daha çox aldanır, çox insanları
hərisliyi məhv
edir, həris heç vaxt möhtaclıqdan qurtulmur, həris insan öz ali-cənablığını
əldən verir,
hərislik əzab-əziyyətə səbəb olur, həris insan var-dövlət naminə həyatını əldən verir, həris
insan əsirdir, hərislik
yoxsulluq göstəricisidir, hərislik ilahi müqəddərata inamı puça
çıxarır, hərislik insana bir çox nöqsanlar gətirir, həris insanın rahatlığı olmur.
Bildirişlər
1. Hərisliyin iki nişanəsi var: çətinlik zamanı ah-nalə və kama çatan zaman xəsislik.
2. Bir çox müşküllərin kökü hərislik və xəsislikdədir.
3. İnsanın tutumu böyük deyil. O
çətinliyə düşdükdə nalə çəkir, bolluq gördükdə
xəsislik göstərir.
4. Davamlı namaz pis əxlaqdan qurtuluş yoludur.
5. Maddiyatçı xarakter insanı hərislik və xəsisliyə yönəldir.
Namaz və Allah zikri
insanı cilovlayır.
6. Namazdan uzaq düşən insan iztirab içindədir.
7. Namazın təsiri onun davamlı olmasındadır.
Dostları ilə paylaş: