Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə114/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   110   111   112   113   114   115   116   117   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Hərislik xəsisliyə, namaz infaqa sövq edir. 
2. Namazla məhrumlara yardım arasında qırılmaz bağlılıq var. 
3. İnfaq hərislik və xəsislik ruhiyyəsini cilovlayır. 
4. Həqiqi mömin və namazqılan öz var-dövlətinin bir hissəsini başqalarının haqqı 
bilir. 
5. Yoxsulların varlıların malında payı var, onlara şərikdirlər. 
6. Yoxsullara əl tutarkən təkcə zahirə baxmayın. Bəziləri başını dik tutub əl açmır. 
7. Fərdin xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyindən ayrı deyil. 
8. Yardım üçün iman yox, möhtaclıq şərtdir. 
9. Əsil dindarlıq odur ki, insan həm ictimai, həm etiqadi məsələlərə diqqət yetirsin. 
10. İslam fitri bir dindir. Həm nəfsani meyllər düzgün yolla təmin olunmalıdır, həm 
də günahın qarşısı alınmalıdır. 
11. İslam cinsi istəklərin nəzərə alınmamasına müxalifdir. 
12. İnsan üçün həmişə təhlükə var: azğınlıq təhlükəsi, bədbəxtlik təhlükəsi, qəfil 
ölüm təhlükəsi, əməllərin qəbul olunmaması təhlükəsi, əməllərin puça çıxması 
təhlükəsi... 
13. Qanuni izdivacda zaman və məkanaa, yaşa görə qınamaq olmaz. 
14. Cinsi ehtirasın haram yolla söndürülməsi bir növ təcavüzdür. 
1
“Biharul-ənvar”, c. 92, s. 95 
2
“Nəhcül-bəlağə”, hikmət 328 
3
“Biharul-ənvar”, c. 101, s. 101 
4
“Təfsiri-nümunə” 


115 
Ayə 32, 33, 34, 35: 
 ْمُه َنیِذ لٱ َو﴿﴾َنوُمِئآَق ْمِهِتاَداَهَشِب مُه َنیِذ لٱ َو﴿﴾َنوُعاَر ْمِهِدْهَع َو ْمِهِتاَناَمَ ِلْ ْمُه َنیِذ لٱ َو﴿
﴾ َنوُمَرْكُّم ٍتا نَج يِف َكِئَل ْوُأ﴿﴾َنوُظِفاَحُی ْمِهِت َلاَص ىَلَع
 
“Onlar ki əmanətlərə və öz əhdlərinə vəfa qılırlar; onlar ki şəhadətlərinin 
arxasında dayanırlar; onlar ki, namazlarını hifz edirlər; belələri behiştlərdə əziz 
tutular.” 
 
Nöqtələr 
 
◘”Məaric” surəsinin 22-35-ci ayələrində İslam ümmətinin və ideal cəmiyyətin 
siması təsvir olunur. Bu cəmiyyət namaz vasitəsi ilə Allahla daimi və kamil rabitə 
saxlayır. Onlar məhrumların ehtiyaclarına diqqətlidirlər, öz mallarının bir hissəsini onlara 
verirlər. Bu cəmiyyət məada inandığından, hesab günündən qorxduğundan öz düşüncə, 
danışıq və rəftarlarına diqqətlidirlər, əmanət və əhdlərə xəyanət etməzlər. Onlar xalqın 
haqlarının müdafiəsinə qalxar, şəhadət verdikdə onu danmazlar. Cinsi ehtiraslarının 
təminində halal yol axtarar, ailə qurar, pak nəsil yetirərlər. 
◘Əmanət dedikdə məsuliyyətlər, insanların sirri kimi mənəvi əmanətlər də nəzərdə 
tutulur. 
◘Əhd-peymanı yerinə yetirmək lazımdır. Xalq, Xaliq, dini rəhbərlər, ailə-övlad 
qarşısındakı məsuliyyətlər yerinə yetirilməlidir. 
◘Olsun ki, davamlı namaz dedikdə
1
namazın tərk olunmaması nəzərdə tutulur. 
Namazın intizarını çəkmək deyərkən vaxtından qabaq dəstəmaz almaq, məsciddə 
cəmiyyətlə namaz qılmaq, namazın düzgünlük və qəbul şərtlərini yerinə yetirmək 
nəzərdə tutula bilər.
2
◘Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə əmanətə xəyanət, əhdi yerinə 
yetirməmək, yalan danışmaq nifaq nişanələrindən sayılır.
3

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin